Dünya futbolu
Emin Nuri üçün 90 dəqiqə və 1 xal
İsveç çempionatında 21-ci turun oyunları keçir…
İsveç çempionatında 21-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası – "Kalmar" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Elfsborq"la qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 1:1. Əsas heyətdə meydana çıxan Emin yenə 90 dəqiqə mübarizə aparıb. O, bu görüşün 65-ci dəqiqəsində sarı vərəqə də alıb.
"Kalmar" geridə qalan turlarda topladığı 26 xalla 16 klub arasında 9-cu pillədə qərarlaşıb.