Ölkə futbolu
"Qarabağ" – "Slovan": Biletlər sabah satışda olacaq
UEFA Avropa Liqasının qrup mərhələsinin ilk matçınd…
UEFA Avropa Liqasının qrup mərhələsinin ilk matçında sentyabrın 15-də "Qarabağ" Çexiyanın “Slovan” klubunu qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, bu qarşılaşmanın biletləri sabah – sentyabrın 13-də, saat 11:00-dan etibarən Respublika stadionunun kassalarında satışda olacaq.
Biletlərin qiyməti nömrəli sektorlara görə 1, 10 və 20 AZN, VİP biletlər isə 50 AZN-dir.
Qeyd edək ki, “Qarabağ” – “Slovan” matçı sentyabrın 15-də, saat 19:00-da “Dalğa Arena”da baş tutacaq.
Qarşılaşmaya olan böyük maraq səbəbindən mümkün ola biləcək “qara bazar”ın fəaliyyətinin qarşısını almaq üçün “Qarabağ” Futbol Klubu azarkeşlərindən biletləri ən qısa müddətdə almağı və kənar şəxslər sizdən bilet almağı tələb edərsə, o zaman mühafizə xidmətimizə xəbər verməyi xahiş edir.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza