Ölkə futbolu
"Qarabağ" – "Slovan": Mətbuat konfranslarının vaxtı bilindi
UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsind?…
UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" – "Slovan” (Çexiya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub. Futbolinfo.az xəbər verir ki, sentyabrın 14-də "Azərsun Arena"nın mətbuat zalında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov saat 17:00-da media mənsublarının önünə çıxacaq.
Komandanın son məşqi isə saat 17:30-da Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
"Slovan”ın son məşqi isə saat 19:00-da qarşılaşmanın baş tutacağı “Dalğa Arena”da olacaq. Çexiya təmsilçisinin baş məşqçisi isə son məşqdən öncə saat 18:30-da “Dalğa Arena”nın mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq.
Qeyd edək ki, "Qarabağ" – "Slovan" matçı sentyabrın 15-də keçiriləcək və saat 19:00-da start götürəcək.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı