Dünya futbolu
Ərsun Yanal Ramil Şeydayevi oynatmamasının səbəbini izah etdi
Türkiyənin "Trabzonspor" klubunun baş məşqçi…
Türkiyənin "Trabzonspor" klubunun baş məşqçisi Ərsun Yanal Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevi oynatmamalarından danışıb. Futbolinfo.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
"Bu yay çox az oyunçu aldıq. Vaxtımız da az idi. Hələ xidmətindən yararlanmadığımız bir neçə oyunçu var. Məsələn, Ramil gənc oyunçudur, hələ ondan yararlanmamışıq. Onun Türkiyə çempionatını öyrənməsi lazımdır".