Milli komanda
Millimizin Ukayna ilə matçı üçün rumın və italyan hakimlər
19 yaşadək qızlar arasında Avropa çempionatının seç…
19 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsinin Bakıda keçiriləcək 8-ci qrupunun ilk təyinatları açıqlanıb. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin çıxış edəcəyi qrupun ilk oyun gününün hakimləri, hakim-inspektorları və UEFA nümayəndələri artıq bəllidir.
Millimizin Ukrayna ilə görüşünü İtaliya ilə Rumıniyadan olan hakimlər idarə edəcək.
İki azərbaycanlı hakim – Gülyana Güvəndiyeva ilə Yuliya Larionova İspaniya – Latviya matçına təyinat alıblar.
Qeyd edək ki, seçmə mərhələnin oyunları Bakı Olimpiya Stadionunun əsas və ehtiyat meydançalarında keçiriləcək.
19 yaşadək qızlar arasında AÇ-nin seçmə mərhələsi
8-ci qrup
1-ci tur
15 sentyabr
15:00. İspaniya – Latviya
Hakimlər: Kriso Georgiou, Niki Karagiorgi (hər ikisi Kipr), Gülyana Güvəndiyeva, Yuliya Larionova (hər ikisi Azərbaycan).
UEFA nümayəndəsi: Olesya Berdea (Moldova).
Hakim-inspektor: Con Ferri (Şimali İrlandiya)
Bakı Olimpiya Stadionu (ehtiyat meydança).
19:00. Azərbaycan – Ukrayna
Hakimlər: Kristina Bujor, Aleksandra Teodora Apostu (hər ikisi Rumıniya), Tiziana Trasçiatti, Qratsiella Pirriatore (hər ikisi İtaliya).
UEFA nümayəndəsi: Olesya Berdea (Moldova).
Hakim-inspektor: Albano Yanku (Albaniya).
Bakı Olimpiya Stadionu.