Müsahibə
"Slovan"ın baş məşqçisi: "Müdafiədə oturmaq fikrimiz yoxdur"
Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bak…
Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda "Qarabağ"ın rəqibi olan Çexiyanın "Slovan" klubunun baş məşqçisi Yindrix Trpişovski fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, o, öncə bunları söyləyib:
– Oyuna ciddi hazırlaşmışıq. Bakı gözəl şəhərdi.
– “Qarabağ”da hansı futbolçuya qarşı xüsusi tədbir görəcəksiniz?
– “Qarabağ”ın çox oyunlarını izləmişəm, müdafiəsi və hücumu çox güclüdü. Topu özümüzdə daha çox saxlamağa çalışacağıq. Müdafiədə çox oturmaq fikrimiz yoxdu.
– Cəza müddətiniz başa çatıb və qayıtmısınız. Artıq oyunu tribunadan izləməyəcəksiniz. Bu sizə necə təsir edəcək?
– Tribunadan oyuna baxmaq xoşagəlməz haldı. Əvvəlcədən taktika hazırlamağıma ehtiyac yoxdu. Oyunun içində olacam və buna görə hərəkət edəcəm.
– “Qarabağ” sizin üçün sərfəli rəqibdi?
– “Qarabağ”ın rəqibimiz olmasına sevinmədik, çətin komandadı. Xal qazanmağa çalışacağıq.
– “Slovan” üçün ilk oyunun “Qarabağ”la olması sizin üçün nə dərəcədə sərfəlidi? Nəzərə alaq ki, əsas mübarizənin 2-ci yer uğrunda olacağı gözlənilir…
– “Fiorentina”nın favorit olması hamıya bəllidi. Ötən mövsüm Marsel "Olimpik”i və “Braqa” ilə matçlarımız alınmamışdı. Çalışacağıq ki, “Qarabağ”ı məğlub edək.