Ölkə futbolu
Rəşad Abdullayev: “AFFA prezidentinin oğlu olmağım…”
“Komanda bu gün yaxşı təsir bağışladı. İlk turda q?…
“Komanda bu gün yaxşı təsir bağışladı. İlk turda qələbə qazanmışdıq. Bu gün də 3 xala sevindik. İnanıram ki, komandamız növbəti turlarda da uğurlu çıxışını davam etdirəcək”.
Bu sözləri futbolinfo.az saytına müsahibəsində “Səbail” Futbol Klubunun Müşahidə Şurasına sədri Rəşad Abdullayev Birinci divizionun 2-ci turunda MOİK-i 4:1 hesabı ilə məğlub etdikləri görüşdən sonra deyib.
O bildirib ki, atası Rövnəq Abdullayevin AFFA prezidenti olması komandaya heç bir təsir göstərməyəcək: “AFFA prezidentinin oğlu olmağım “Səbail”ə təsir etməyəcək. Biz hər oyunumuzda güclü olduğumuzu sübut edəcəyik. Komandamızın gücü hara qədər çatırsa, ora qədər də mübarizə aparacağıq”.
Rəşad Abdullayev vurğulayıb ki, “Səbail”in hədəfləri böyükdür: “Səbail” komanda olsun deyə yaradılmayıb. Hədəflərimiz böyükdür. Öncə Premyer Liqaya vəsiqə qazanmaq istəyirik. Sonra da məqsədimiz daha böyük uğurlar əldə etməkdir”.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var