Dünya futbolu
Paşayevin komandası ev oyununda uduzdu
Futbol üzrə Ukrayna çempionatında 8-ci turun oyunları k…
Futbol üzrə Ukrayna çempionatında 8-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası – "Stal" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda Donetsk "Olimpik"i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 2:3.
Paşayev start heyətdə çıxdığı matçda 90 dəqiqə meydanda olub. O, 58-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
Qeyd edək ki, "Stal" 8 turdan sonra 6 xalla 12 klub arasında 9-cu pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı