Dünya futbolu
Şeydayevin klubu yenə məğlub oldu
Futbol üzrə Türkiyə Super Liqasında 4-cü turun oyunl…
Futbol üzrə Türkiyə Super Liqasında 4-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin komandası – "Trabzonspor" da növbəti matçına çıxıb.
Trabzon təmsilçisi səfərdə "Alanyaspor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ilə ayrılıb – 0:3.
İlk üç turda olduğu kimi, Ramil bu görüşün də iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Trabzonspor" 4 turdan sonra 3 xalla 18 klub arasında 13-cü pillədə qərarlaşıb.