Dünya futbolu
"Qəbələ"nin Avroliqadakı rəqiblərinin hamısı qalib gəldi
"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki r?…
"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibləri – "Anderlext", "Maynts" və "Sent-Etyen" öz ölkələrinin çempionatında növbəti oyunlarını keçirib. Futbolinfo.az xəbər verir ki, onların hamısı bu həftəni qələbə ilə başa vurub.
"Anderlext" Belçika çempionatının 7-ci turunda səfərdə "Genk"lə qarşılaşmadan 2:0 hesablı qələbə ilə ayrılıb. "Qəbələ"nin rəqibi hazırda 15 xalla 16 klub arasında 2-ci pillədə qərarlaşıb.
"Sent-Etyen" Fransa çempionatının 5-ci turunda doğma meydanda "Bastiya"nı 1:0 hesabı ilə məğlub edib. Bu komanda geridə qalan turlarda topladığı 8 xalla 20 iştirakçı arasında 8-ci sırada yer alıb.
"Maynts" isə Almaniya Bundesliqasının 3-cü turu çərçivəsində səfərdə "Auqsburq"u 3:1 hesabıyla məğlub edib. Sözügedən klub hazırda 4 xalla 18 komanda arasında 9-cudur.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə