Bizi izləyin

Ölkə futbolu

Qəza qorxusuyla uçan "təyyarə"

Cəmi 5 tur arxada qalıb, amma artıq 2 komandamız 14 qol buraxmaq ?…

blank
Cəmi 5 tur arxada qalıb, amma artıq 2 komandamız 14 qol buraxmaq şərəfinə nail olub. Bunlardan biri tarixinin ən çətin günlərini keçirən "Neftçi", digəri daim möhkəm komanda kimi tanıdığımız AZAL-dı. "Neftçi"də olanlardan xəbərdarsız, bəs, "təyyarəçilər"ə nə olub?
 
Maraqlıdı ki, hamının qapazladığı "Neftçi" də yalnız AZAL-dan xallar ala bilib. Tərlan Əhmədovun yetirmələri Gəncədə nail olduğu heç-heçədən sonra hamı üçün yiyəsiz uşağa çevrilib, hər gələn təpikləyib gedir. Son 3 oyunda 12 qol buraxmaq, "Qarabağ"a 0:6, bu gün də "Qəbələ"nin demək olar, ikinci heyətinə 0:3 hesablı məğlubiyyət yaxşı perspektiv vəd etmir.
 
AZAL-ın xalı kimi büdcəsi də hamıdan azdı. Orta hesabla 600-700 manatlıq aylıq maaşa oynayan komandanın büdcəsi illik 160 min manatdı. Təbii ki, bu pula oynamağa razılaşan futbolçuların da səviyyəsi buna uyğun olmalıdı.
 
"Qəbələ" ilə oyun meydan sahibləri üçün məşq, qonaqlar üçün əzablı 90 dəqiqə idi. Roman Qriqorçukun yetirmələri o qədər rahat idi ki, istədiyi vaxt tempi artırıb qol vura, istədiyi vaxt da top saxlaya bilirdi. AZAL sadəcə, onun üçün biçilmiş donu geyinməyə məcbur idi – imkan verildiyi qədər oynayırdı. Futbolçuların səviyyəsi müqavimət göstərmək, sürpriz etmək üçün yetərli deyildi.
 
İlk qolda qapıçı və müdafiəçilərin anlaşmaz oyunu gözə girdi; ikincidə Elşad Manafovun uşaq səhvi rəqibin xeyrinə işlədi və nəhayət, Roman Hüseynovun rahat zərbə vurmasına imkan verilməsi hesabı müəyyənləşdirdi. Xüsusilə 3-cü qol maraqlı idi, çünki az öncə "Qəbələ"nin futbolçusu eyni nöqtədən qolun siqnalını vermişdi, təkrarında istəyinə çatdı, bakılılar isə müşahidəçi olmaqda davam edirdilər.
 
Tərlan Əhmədov oyundan sonra istefaya hazırlaşdığını dilə gətirdi. Halbuki o, anons verməkdənsə, bunu etsəydi, daha məntiqli görünərdi. Baş məşqçi haqlıdı – büdcə yetərsizdi, futbolçuların səviyyəsi tələblərə cavab vermir. Lakin o, bunu mövsümə başlayanda da bilirdi. Möcüzəyə ümid etməkdənsə, o zaman cəsarətli davranmaq gərək idi: ya getmək, ya da susub işləməklə. İndiki halda bu addım hədəyə oxşayır. "Rəhbərliklə danışdıqdan sonra qərarımı verəcəm" nə deməkdi?
 
AZAL həqiqətən "lazımsızlar"ın düşərgəsinə oxşayır. Bu, yalnız yerli oyunçularla bağlı gəldiyimiz qənaət deyil. "Təyyarəçilər"in iştirak ərizəsində 6 ölkədən futbolçu adı var, lakin meydanda ayağı top tutan, rəqib üçün kiçicik təhlükə yaradan kimsə gözə dəymir. Diviziondan gələnlər, digər klubların imtina etdikləri, hansısa honqkonqlu, iranlı…
 
Premyer Liqa o qədər zəif deyil ki, işə bu qədər ucuz münasibət göstərmək mümkün olsun. Hossein Kamelqolamitussi, Brayn Fok və başqaları səviyyəli legioner olsaydı, Əhmədov heç vaxt onları ehtiyatda oturtmaz, indi də istefadan dəm vurmazdı.
 
Möcüzə baş verməsə, AZAL mövsümün sonunda diviziona yollanacaq, bəlkə də rəhbərlik klub saxlamağı faydasız hesab edəcək, onu dağıdacaq. Heç indi də onların etdiyinə "klub saxlayırlar" demək olmur.
 
Qəbələ səfəriöncəsi xəstələnən Aqil Məmmədovun düşdüyü vəziyyət adi haldı – insan xəstələnə, hansısa gözlənilməz hal üzündən oyunu buraxa bilər. Lakin klub belə vəziyyətlərə nə dərəcədə hazırdı? Rəşad Əzizli qırmızı vərəqə alsa və ya oyunun gedişində zədələnsəydi, necə olacaqdı? Ehtiyat pilotsuz "havaya qalxmaq" riskli deyilmi?
 
Cavab vermək belə çətindi. Premyer Liqada çıxış edən peşəkar klub səfərə cəmi 1 qapıçı ilə yollanır. İstəsə də, başqasını apara bilməz, çünki sifariş ərizəsində olanı budur. Kiçik epizoddu, lakin AZAL haqda təəssürat yaratmaq üçün yetərli bilgidi.
 
Tərlan Əhmədov bəlkə rəhbərliklə danışmadan istefa versin?..
 
CAVAD
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-27 01:14

“Real”ı Arda sevindirdi

blank
Dünya futbolu2024-04-27 01:05

“Nant” səfərdə xal itirdi

blank
Dünya futbolu2024-04-27 00:56

“Frozinone”dən darmadağın

blank
Dünya futbolu2024-04-27 00:42

“Hoffenhaym” səfərdən xalsız qayıtdı

blank
Dünya futbolu2024-04-27 00:31

Təbriz klubu İran kubokunun 1/4 finalında

blank
Digər idman növləri2024-04-26 23:30

Şahruddin Məhəmmədəliyev “Qalatasaray”la oyunda 3 qola üzüldü

blank
Digər idman növləri2024-04-26 23:12

“Neftçi” müntəzəm mövsümü qələbə ilə yekunlaşdırdı

blank
Digər idman növləri2024-04-26 22:43

Azərbaycan çempionatına yekun vuruldu

blank
Dünya futbolu2024-04-26 21:32

Azarkeşlərin addımı Tuhelin qərarını dəyişməyəcək

blank
Digər idman növləri2024-04-26 21:01

“Audi” ilk pilotunun adını elan etdi

blank
Dünya futbolu2024-04-26 20:40

İspaniya futbolunun yeni rəhbəri bəlli oldu

blank
Digər idman növləri2024-04-26 20:21

Azərbaycan cüdoçusu Avropa çempionu oldu

blank
Dünya futbolu2024-04-26 20:00

Milandan Münhenə

blank
Premyer-liqa2024-04-26 19:41

“Sabah”dan “Səbail”lə matç üçün xüsusi aksiya – VİDEO

blank
Premyer-liqa2024-04-26 19:23

“Neftçi” – “Turan Tovuz” oyununun biletləri satışa çıxarılıb

blank
Dünya futbolu2024-04-26 19:05

Morata satıla bilər

blank
Digər idman növləri2024-04-26 18:47

Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib

blank
I Liqa2024-04-26 18:30

“Şamaxı”dan növbəti qələbə

blank
Digər idman növləri2024-04-26 18:11

Formulada xal sistemi sabit qaldı

blank
Milli komanda2024-04-26 17:54

Millimizin təlim-məşq toplanışı olacaq

blank
Müsahibə2024-04-26 17:39

Vidadi Rzayev “Araz-Naxçıvan”ın özünə gələcəyinə inanmır

blank
Digər idman növləri2024-04-26 17:22

Olimpiadanın püşkünün atılacağı gün məlum oldu

blank
Ölkə futbolu2024-04-26 17:05

Yüksək Liqada 20-ci turun oyun cədvəli müəyyənləşdi

blank
Digər2024-04-26 16:50

Azərbaycan Minifutbol Federasiyasında yeni təyinat

blank
Dünya futbolu2024-04-26 16:32

“Çelsi” onları satmaq istəyir

blank
Ölkə futbolu2024-04-26 16:15

Daha 3 komandaya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-26 16:00

Finalın nominal meydan sahibi və başlama saatı bəlli oldu

blank
Dünya futbolu2024-04-26 15:42

Tuhel üçün 10 min imza

blank
Ölkə futbolu2024-04-26 15:27

Millimizin üzvü Macarıstanda bürünc medal qazandı

blank
Ölkə futbolu2024-04-26 15:09

“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm