Milli komanda
Millimiz son oyununda darmadağına sevindi – FOTOLAR
19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çem…
19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin Azərbaycanda təşkil olunan 8-ci qrupunda mübarizəyə yekun vurulub. Futbolinfo.az xəbər verir ki, əvvəlki oyunlarında məğlubiyyətlə üzləşmiş Azərbaycan millisi son turda özü kimi qələbəyə həsrət Latviya ilə qarşılaşıb.
Matç millimizin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Nəticədə, yığmamız bu qrupda üçüncü yeri tutub.
Qrup liderliyi uğrunda isə İspaniya və Ukrayna yığmaları mübarizə aparıb. Əvvəlki oyunlarından qalib ayrılmış kollektivlərin öz duelində ispanlar 5 cavabsız qolla qalib gələrək, yüzfaizlik nəticəyə imza atıblar.
Qeyd edək ki, Azərbaycan Ukraynaya 1:2, İspaniyaya 0:7 hesabı ilə uduzmuşdu. Latviya isə ispanlardan 18 cavabsız qol buraxdığı halda, Ukraynaya 2:5 hesabıyla uduzmuşdu.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”