Bizi izləyin

Ölkə futbolu

4-cü məşqçi ayrılığı, Bojoviçə Abbasovdan cavab

blank
blank

Misli Premyer Liqasının XXIV turu bir çox məqamlarla əlamətdar oldu. Çempionatın əvvəlki 10 turunda qələbə üzünə həsrət qalan “Zirə”nin uğursuz seriyasına, nəhayət, son qoyuldu. Son vaxtlar inamlı çıxışı ilə diqqət çəkən “Sabah” isə əks ssenari ilə üzləşdi. Tur məşqçi istefası ilə yekunlaşan autsarderlər dueli ilə də yadda qaldı.

Qəbələdə uduzan “Qəbələ”, qələbə qolunu vuran sabiq “Qəbələ”li

“Qəbələ”ni Qəbələdə qəbul edən “Kəpəz” nominal meydan sahibi olmasına baxmayaraq, matçdan 3 xalla ayrılmaq və “qırmızı-qaralar”la aradakı xal fərqini 8-ə çatdırmaq niyyətində idi. Öz növbəsində “Qəbələ” də “6 xallıq görüş” adlandırılan bu vacib qarşılaşmadan qəbələ ilə ayrılmağı hədəfləmişdi. Bu komandaların ilk dövrədəki duelində “Qəbələ” 1:0 hesablı qalibiyyətə sevinmiş, ikinci dövrədəki oyunda, yəni Adil Şükürovun gəlişindən sonra baş tutan matçda isə Gəncə təmsilçisi 3:0 hesablı darmadağına imza atmışdı. Şükürovla Elmar Baxşıyevin budəfəki rəqabəti də ikincinin məğlubiyyəti, üstəlik, istefası ilə nəticələndi.

Oyuna gəlincə, “Kəpəz” ilk ciddi həmləsində hesabı açmağa nail oldu. 19-cu dəqiqədə gəncəlilərin liderlərindən olan Georgi Papunaşvili cərimə zərbəsindən baxımlı qol vurdu. Hesabda geri düşən “Qəbələ” tarazlığı bərpa etmək üçün dərhal irəli atıldı. 25-ci dəqiqədə Əyyub Allaş Papunaşvilinin fərqləndiyi nöqtədən cərimə zərbəsi yerinə yetirdi. Onun zərbəsindən sonra top yolüstü “Kəpəz”in futbolçusuna dəyərək istiqamətini bir qədər dəyişsə də, qərblilərin qolkiperi İqor Rodriqes ayağı ilə əla seyv etdi. Portuqaliyalı qapıçı bundan öncəki epizodda da komandasının xilaskarı olmuşdu.

Getdikcə təzyiqi artıran “qırmızı-qaralar” epizodların birində “Kəpəz”in üzvü Vüsal Məsimovun cərimə meydançası daxilində topa əllə toxunduğunu əsas gətirərək penalti tələb etsələr də, referinin fiti susdu. Bununla belə, “Qəbələ” fasiləyədək istəyinə çatdı. Ürfan Abbasovun ötürməsindən sonra Osama Xalayla dəqiq baş zərbəsi ilə status-kvonu bərpa etdi.

İkinci hissənin əvvəlində “Kəpəz”in futbolçusu Ehtiram Şahverdiyev rəqib oyunçunun ötürməsinin qarşısını cərimə meydançası daxilində əllə kəssə də, baş hakim Rəvan Həmzəzadə yenə penalti nöqtəsini göstərmədi. Bir qədər sonra Həmzəzadə “Qəbələ”nin müdafiəçisi Zurab Oçiqavanın “Kəpəz”in gürcü yarımmüdafiəçisi Mate Kvirkviyaya qarşı oyununu VAR monitoruna baxdıqdan sonra penalti olaraq dəyərləndirdi. Ağ nöqtəyə yaxınlaşan sabiq “Qəbələ”li Amil Yunanov isə şansı qaçırmadı.

“Qırmızı-qaralar” sonrakı dəqiqələrdə yenidən hesabı bərabərləşdirmək üçün irəli atılsa da, budəfəki cəhdlər səmərəsiz qaldı. Son dəqiqələrdə Asif Məmmədovun uzaq məsafədən sol ayağı ilə vurduğu zərbənin qarşısını qapı tiri kəsdi. Beləliklə, görüş “Qəbələ”nin 1:2 hesablı məğlubiyyəti ilə nəticələndi və bu matçdan sonra komandanın baş məşqçisi Elmar Baxşıyev istefa verdi. Artıq onu kimin əvəzlədiyinə də aydınlıq gəlib. “Qəbələ”ni çalışdırmaq missiyası Azərbaycan futbol ictimaiyyətinə tanış olan Kaxaber Sxadadzeyə tapşırılıb.

Baxşıyevin istefası Misli Premyer Liqasının cari mövsümü start götürəndən sonra reallaşan 4-cü məşqçi ayrılığı oldu. Onadək Azər Məmmədovun “Kəpəz”, Adrian Mutunun “Neftçi”, Murad Musayevin isə “Sabah”la yolları ayrılıb.

“Turan Tovuz”un “Neftçi”…

İlk 2 dövrədə “Neftçi”yə uduzan “Turan Tovuz” bu tendensiyaya son qoymaq, doğma meydanda azarkeşlərini sevindirmək istəyirdi. Birinci hissədə tovuzlular 3 təhlükəli hücum qursalar da, heç birini məntiqi sonluğa çatdırmaq mümkün olmadı. Qonaqların heyətində isə Kilan Lebon fəallığı ilə seçilirdi. Tərəflərin cəhdlərinə baxmayaraq, fasiləyədək hesab açılmadı.

İkinci hissənin ilk 20 dəqiqəsində komandalar daha çox ehtiyatlı oyuna üstünlük verdilər. 67-ci dəqiqədə “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç 2 əvəzetməyə əl atdı. Yeqor Boqomolski və Eddi İsrafilovu meydana buraxan çalışdırıcı çox keçmədi ki, bunun xeyrini gördü. Lebon mərkəzdən sürətlə irəlilədikdən sonra topu Filip Ozobiçə ötürdü, o isə daha əlverişli mövqedə dayanan Boqomolskiyə ötürmə verdi. Meydana 5 dəqiqə öncə çıxan Yeqor topu boş qapıya göndərməkdə əziyyət çəkmədi. Az sonra “ağ-qaralar” ikinci qolu vurmağa yaxın olsalar da, oyuna sonradan çıxan digər futbolçu Eddinin uzaq məsafədən qüvvətli zərbəsini “Turan Tovuz”un qapıçısı Aydın Bayramov əla qurtarışla dəf etdi.

Hesabda geri düşən ev sahiblərinin baş məşqçisi Ayxan Abbasov Fərid Nəbiyev və İsmayıl Zülfüqarlını meydana buraxdı. Həmkarı kimi, Abbasovun da oyuna müdaxiləsi uğurlu oldu. 89-cu dəqiqədə məhz Fərid tarazlığı bərpa etdi. O, dirəkdən qayıdan topu başla qapıdan keçirərək, yekun hesabı müəyyənləşdirdi – 1:1. Abbasov bununla Bojoviçə tutarlı cavab vermiş oldu. “Turan Tovuz” isə cari mövsümdə ilk dəfə “Neftçi”dən xal almağı bacardı.

…“Səbail”in “Sabah” tilsimi bitdi

Oyuna idman direktoru İqor Ponomaryovun rəhbərliyi altında çıxan “Sabah” axır vaxtlardakı uğurlu çıxışını “Səbail” önündə də davam etdirmək istəyirdi. Son 2 turda “Kəpəz” üzərində qələbə qazanan və “Araz-Naxçıvan”la heç-heçə edən “dənizçilər” də bu görüşdən ən azı 1 xalla ayrılmaq niyyətində idi.

Oyuna “Sabah” daha fəal başladı və qonaqların heyətində xüsusilə Cesse Sekidika fəallığı ilə seçilirdi. O, ilk 20 dəqiqə ərzində 2 dəfə fərqlənə bilərdi, ancaq birinci epizodda zərbəsi qeyri-dəqiq alındı, ikinci epizodda isə yaxın məsafədən həmləsinin qarşısını rəqib qapıçı kəsdi. “Səbail”in cavab hücumunda Rüfət Abdullazadə cərimə meydançası daxilində yerdə qaldı və referi tərəddüd etmədən penalti nöqtəsini göstərdi. Ancaq VAR-ın müdaxiləsindən sonra Rəşad Əhmədov qərarını dəyişərək 11 metrlik cərimə zərbəsini ləğv etdi. Sonrakı dəqiqələrdə tərəflərin cəhdlərinə baxmayaraq, fasiləyədək hesab açılmadı.

İkinci hissəyə daha istəkli başlayan “Səbail” 52-ci dəqiqədə hesabda önə keçdi. Rüfət Abdullazadənin qapıya zərbəsindən sonra top “Sabah”ın futbolçusunun ayağına dəyərək istiqamətini dəyişdi və boş mövqedə dayanan Aleksandr Ramalinqomun önünə düşdü. “Dənizçilər”in “qol silahı” isə fürsəti qaçırmayaraq, dəqiq baş zərbəsi ilə toru silkələdi. Bu, Ramalinqomun Misli Premyer Liqasında 11-ci qolu oldu.

Azarkeşlər qalan dəqiqələrdə də maraqlı mübarizənin, qarşılıqlı hücumların şahidi oldular. Hər iki tərəfin real qol imkanları olsa da, 90+2-ci dəqiqəyədək hesab dəyişmədi. Oyunda son nöqtəni Rafael Məhərrəmlinin ötürməsindən sonra dəqiq zərbə ilə topu qapıdan keçirən Samir Abdullayev qoydu. Beləliklə, ilk dövrədə “Sabah”la heç-heçə edən (2:2), ikinci dövrədə isə 0:4 hesabı ilə uduzan “Səbail” cari mövsümdə ilk dəfə “bayquşlar”dan 3 xal almağı bacardı.

“Zirə” iki uğursuz seriyaya son qoydu

Turun ən maraqlı məqamlarından biri “Zirə”nin 10 oyunluq qələbəsizlik seriyasına son qoyması oldu. Rəşad Sadıqovun komandası uğursuz gedişata “Araz-Naxçıvan”la matçda “bəsdir” dedi. “Zirə” 3 cavabsız qolla qələbə qazansa da, hesabın böyük olması meydandakı oyuna uyğun gəlmədi.

20-ci dəqiqədə Qismət Alıyevin cərimə zərbəsindən ötürməsindən sonra “Araz-Naxçıvan”ın futbolçusu Vanderson Melo tərs baş zərbəsi ilə topu öz qapılarından keçirdi. Naxçıvan təmsilçisi fasiləyədək hesabı bərabərləşdirə bilərdi. Ancaq Orxan Əliyevin zərbəsinin qarşısını qapı dirəyi kəsdi.

İkinci hissənin əvvəlində Azər Bağırovun yetirmələri daha bir real qol şansını qaçırdılar. Kuzmanoviçin yaxın məsafədən zərbəsini “Zirə”nin qolkiperi Tiaqo Silva dəf etdi. “Zirə”nin cavab həmləsi isə qolla nəticələndi. Məqsəd İsayevin ötürməsindən sonra Rəhim Sadıxov topu tora qovuşdurmaqda çətinlik çəkmədi. Ev sahibləri bu qolun üzüntüsünü yaşamamış yenidən mərkəzə dəvət edildilər. Bu dəfə Rafael Utziq çərçivəni dəqiq nişan aldı. Son dəqiqələrdə Orxan Əliyev daha bir real qol imkanını boşa verincə, meydan sahibləri 0:3 hesablı məğlubiyyətlə barışmalı oldular. Beləliklə, “Zirə” bu nəticə ilə həm 10 oyunluq qələbəsizlik seriyasına son qoydu, həm də Premyer Liqanın cari mövsümündə ilk dəfə “Araz-Naxçıvan”ı məğlubiyyətə uğratmış oldu.

Çempionluğa yaxınlaşan “Qarabağ”

Tura lider “Qarabağ”la ikinci pillədə qərarlaşan “Sumqayıt”ın qarşılaşması ilə yekun vuruldu. İlk dövrədə rəqibini 5:0, ikinci dövrədə isə 6:1 hesabı ilə üstələyən Ağdam klubu bu dəfə də Samir Abasovun komandasına şans vermədi. Düzdür, budəfəki görüşdə “Sumqayıt”ın böyükhesablı məğlubiyyəti qeydə alınmadı. Ancaq bu, “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun meydana buraxdığı heyətlə bağlı oldu. Həftəiçi Avropa Liqasında ağır oyundan çıxdıqları üçün Qurbanov əsas heyətin yalnız 1 üzvünə – “Braqa” ilə görüşdə 57-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılan Elvin Cəfərquliyevə şans vermişdi.

İlk hissə “Qarabağ”ın nəzarəti altında keçdi. “Köhlən atlılar”ın heyətində Cəfərquliyevlə yanaşı, Nəriman Axundzadə və Adama Diakabi fəallığı ilə seçilirdi. Ancaq hər üçünün fasilədəqədərki cəhdləri hesabın açılması üçün yetərli olmadı.

Əvəzində ikinci hissənin əvvəlindəcə “Qarabağ” istəyinə çatdı. Riçard Almeyda və Adama Diakabinin təşkil etdiyi kombinasiyanı Diakabi cərimə meydançası həndəvərindən dəqiq zərbə ilə tamamladı. Oyunda yekun hesabı isə Yassin Benzia müəyyənləşdirdi. O, 83-cü dəqiqədə Leandro Andradenin ötürməsindən sonra cərimə meydançasına daxil olan kimi əla zərbə ilə topu qapıdan keçirdi. Ehtiyatında 1 oyun qalan “Qarabağ” bu qələbə sayəsində ən yaxın izləyicisi “Sumqayıt”la aradakı xal fərqini 18-ə çatdırdı.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Müsahibə2024-04-15 22:35

Tellur çempiona qol vurmaqdan məmnundur: “Amma əsas qələbədir”

blank
Dünya futbolu2024-04-15 22:20

Musiala üçün 140 milyon avro

blank
Digər idman növləri2024-04-15 21:37

“Azərreyl”dən birinci oyunda qələbə

blank
Ölkə futbolu2024-04-15 20:58

“Sabah”ın “Qarabağ” üzərində qələbəsi Xorvatiya mediasının gündəmində

blank
Dünya futbolu2024-04-15 20:00

Asensio yenidən Madriddə?

blank
Ölkə futbolu2024-04-15 19:32

Liderdən darmadağın

blank
Digər idman növləri2024-04-15 19:16

Qəzaya uğradı, səhvən başqasının motosiklinə mindi

blank
Digər idman növləri2024-04-15 19:01

Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək

blank
Ölkə futbolu2024-04-15 18:47

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 18:32

“Arsenal”ın braziliyalıları Turinə köçə bilər

blank
Digər idman növləri2024-04-15 18:18

Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar

blank
Digər idman növləri2024-04-15 18:04

Fransa prezidentinin B və C planı

blank
Digər idman növləri2024-04-15 17:50

Yeni rekord – oturub-durmada

blank
Digər idman növləri2024-04-15 17:33

“Azərreyl” yarımfinalın ilk oyununda qələbə qazandı

blank
Ölkə futbolu2024-04-15 17:19

Yunanovun 200-cü oyunu

blank
Premyer-liqa2024-04-15 17:07

“Sabah” 3 qolla 3-cü oldu

blank
Digər idman növləri2024-04-15 16:52

Azərbaycan para-badmintonçuları üçün İspaniya sınağı

blank
Premyer-liqa2024-04-15 16:35

Dörd matçda 1 qol

blank
Müsahibə2024-04-15 16:20

“Sanki özümüz rəqibə 3 top vurmağa icazə verdik”

blank
Digər idman növləri2024-04-15 16:02

Avropa Cüdo Birliyi millimizin Avropa Kubokundakı çıxışını yüksək qiymətləndirib

blank
Digər idman növləri2024-04-15 15:45

Cordanın imzalı ayaqqabıları 482 minə satıldı

blank
Dünya futbolu2024-04-15 15:28

Krivotsyukun komandası səfərdə uduzdu

blank
Dünya futbolu2024-04-15 15:10

“Mançester Yunayted” zərbə altında

blank
Ölkə futbolu2024-04-15 14:52

İcraiyyə Komitəsi nəyi gözləyir?

blank
Digər idman növləri2024-04-15 14:37

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-15 14:20

Monte-Karlo turnirinin reytinqə təsiri

blank
Ölkə futbolu2024-04-15 14:03

“Səbail”də islahatlar olacaq

blank
Milli komanda2024-04-15 13:48

İspaniyada oynayan 8 azərbaycanlı futbolçu milliyə çağırıldı

blank
Ölkə futbolu2024-04-15 13:31

Heydər Əliyev Fondu Vadim Vasilyevin müalicəsini öz üzərinə götürdü

blank
Digər idman növləri2024-04-15 13:14

Azərbaycan cüdoçularından Avropa Kubokunda 2 medal

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm