Dünya futbolu
Emin Nurinin komandası 3 xalı 3 qolla qazandı
İsveç çempionatında 23-cü turun oyunları ke&cced…
İsveç çempionatında 23-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası – "Kalmar" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Falkenberq"lə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 3:0.
Əsas heyətdə meydana çıxan Emin yenə 90 dəqiqə mübarizə aparıb.
"Kalmar" geridə qalan turlarda topladığı 32 xalla 16 klub arasında 8-ci pillədə qərarlaşıb.