Dünya futbolu
"Qəbələ"nin rəqibi kubokun 1/8 finalına adladı
Futbol üzrə Belçika Kubokunda yeni mövsümə sta…
Futbol üzrə Belçika Kubokunda yeni mövsümə start verilib. Futbolinfo.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan "Anderlext" də ilk oyununa çıxıb.
Sözügedən komanda aşağı liqa təmsilçisi "Oud-Heverlee" ilə qarşılaşıb. "Qəbələ"nin rəqibi bu oyundan 1:0 hesablı qələbə ilə ayrılıb.
Nəticədə "Anderlext" kubokun 1/8 final mərhələsinə vəsiqə qazanıb. Bu komandanı növbəti mərhələdə "Sportinq Şarlerua" ilə duel gözləyir.