Dünya futbolu
Əzizovun komandası darmadağınla üzləşdi
Futbol üzrə Hollandiya birinci divizionunda (Jupiler Liqa) 8-ci …
Futbol üzrə Hollandiya birinci divizionunda (Jupiler Liqa) 8-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun komandası – "Den Boş" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Emmen"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.
Ziya bu görüşü də sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Den Boş" 8 turdan sonra 7 xalla 20 komanda arasında 17-cidir.