Müsahibə
Karel Yarolim: “Azәrbaycan ilə oyuna ciddi itkilәrlә hazırlaşırıq”
Çexiya yığmasının baş məşqçisi Karel Yarolim D&Cc…
Çexiya yığmasının baş məşqçisi Karel Yarolim DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Almaniya və 3 gün sonra millimizə qarşı keçirəcəkləri oyunlar öncəsi jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az xəbər verir ki, Yarolim zədəli futbolçuların çoxluğundan şikayətlənib:
– İlk oyunumuzda da bəzi zədə problemləri ilə üzləşmişdik. İndi də elədir. Almaniya və Azərbaycana qarşı ciddi itkilərlə hazırlaşırıq.
– Almaniya və Azərbaycanla oyundan neçə xal götürməyi hədəfləyirsiz?
– İndidən söz vermək düz deyil. Heyətlə bağlı problemlər məni üzür. Bu səbəbdən hər iki oyun çətin olacaq.
– Heyətə 4 yeni futbolçu cəlb edilib. Onlar zədəlilərin boşluğunu doldura biləcək?
– Vladimir Daridanın yoxluğu bizim üçün ciddi itkidir. Tomaş Şivok son zamanlar yaxşı formadadır. Həmçinin gənc oyunçu Patrik Şik də. Şiki hücum xəttində sınamağı düşünürəm. Tomaş Neçid və Milan Şkodanın yoxluğunda özünü yaxşı tərəfdən göstərə bilər. Şikin U-21-in heyətində Belçikaya qarşı keçirdiyi oyunu izləmişəm. Fikrimcə, faydalı olacaq.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 12:33
“Qarabağ” “Turan”a çata bilmədi
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın