Dünya futbolu
“Qəbələ”nin rəqibi Bakıya ciddi itkilərlə gəlir
Avropa Liqasının qrup mərhələsi çərçivəsində &ld…
Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qəbələ”nin qonağı olacaq “Maynts”da heyətlə bağlı ciddi problem yaşanır. Futbolinfo.az xəbər verir ki, komandanın bir neçə oyunçusu təmsilçimizlə matçı buraxacaq.
Baş məşqçi Martin Şmidti ən çox narahat edən mövqe müdafiənin mərkəzidi. Çünki Andre Ramalyo və Leon Baloqun zədə ucbatından Bakıdakı qarşılaşmanı buraxacaqlar. Onlar hətta həftəsonu Bundesliqanın növbəti turunda “Volfsburq”la görüşdə də komandaya kömək edə bilməyəcəklər.
Almanların problemləri bununla bitmir. Daha bir mərkəz müdafiəçisi Niko Bungert də “Qəbələ” ilə qarşılaşmanın start heyətində yer almayacaq. Ancaq Smidt onu Bakıya gətirəcəklərini söyləyib. Baş məşqçi 4-cü turda “Verder”lə matçda zədələnən kapitanın bərpa dövrünü tamamladığını və “Qəbələ” ilə oyuna ehtiyat oyunçular skamyasından başlayacağını söyləyib.
Bundesliqanın 3-cü turunda “Auqsburq”la görüşdə xəsarət alan Jan-Filipp Qbamin də zədədən əziyyət çəkir. Həkimlər Fil Dişi Sahilidən olan gənc yarımmüdafiəçini ən geci “Volfsburq”la matça yetişdirməyə çalışırlar. Bundan başqa, yarımmüdafiəçi Danni Latza uzun müddətdi zədədən əziyyət çəkir. Digər orta sahə oyunçusu Suat Sərdarın isə yüngül zədəsi mövcuddu.
Qeyd edək ki, bu gün Almaniyada son məşqini edəcək “Maynts” sabah Bakıya gələcək. “Qəbələ” – “Maynts” qarşılaşması isə sentyabrın 29-da 8-ci km qəsəbə stadionunda keçiriləcək.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”