Bizi izləyin

Premyer-liqa

İlk dövrənin mənzərəsi: “Üçbaşlı əjdaha” və başqaları

Premyer Liqanın ilk dövrəsi arxada qaldı. Ötən mövs…

blank

Premyer Liqanın ilk dövrəsi arxada qaldı. Ötən mövsüm olduğu kimi, yenə də 1-ci pillədə qərarlaşan “Qəbələ”di. Roman Qriqorçukun yetirmələrinin budəfəki liderliyi bir çox aspektlərdən fərqlidi.

Əvvəla, komanda ötən mövsümkündən fərqli olaraq, yalnız top fərqinə görə 1-ci yerdə qərarlaşmayıb. İkincisi, “qırmızı-qaralar” çempionluq yolunda “Qarabağ” səddini aşmağı bacarıb. Xatırladaq ki, 2015-2016-da bu komandalar arasındakı ilk görüş bərabərliklə başa çatmışdı – 2:2. Ukraynalı mütəxəssisin rəhbərlik etdiyi komandanın ilk dövrədən sonrakı top fərqi də tükürpədicidi: 19-0! Doğrudu, bu qollardan 8-i “Neftçi”nin payına düşüb, ancaq komandanın ardıcıl 7 oyunda qapısının toxunulmazlığını qoruması ciddi iştahdan xəbər verir.

“İnter” bəlkə də tarixinin ən uğurlu mövsümünü keçirir. Doğrudu, “ağ-göylər”in tarixində bundan da yaxşı nəticələr olub. Ancaq kimlərlə? Heyət başdan-ayağa əcnəbilərlə dolu, hətta inzibatçısı belə, legioner olan klub çempion olduğu dövrdə də “doğma” statusu daşımırdı. Bu gün isə “bankirlər” daha çox mövcud mühitə “əlcək atan” altruistləri xatırladır.  Özü də məhdud büdcə bir qırağa, oyunçu transferinə də qadağa qoyulan bu komanda prioritet kimi yerli kadrlara güvənc yolunu seçib. Nəticə göz qabağındadı – “İnter” ilk dövrədə məğlubiyyət acısı dadmayan 2 komandadan biridi.

“Qarabağ”ın hələ də yuxulu gəzməsinin bir sıra səbəbləri var. Ancaq fikrimizcə, ən başlıcası futbolçuların doymasıdı. Onlar üçün çempionluq adi hala çevrilib. Bu heyətin böyük əksəriyyəti ölkə daxilində qızıl medalın nə demək olduğunu əla bilir. Komandanın yeni qana ehtiyacı var. Əlbəttə, bunu birdən-birə etmək olmaz. Ancaq “süvarilər”in çempion olacaqları təqdirdə belə, islahatlara ehtiyacı var. Bu, xüsusilə yerli futbolçulara aiddi.

Turnir cədvəlinin 4-cü pilləsində “Sumqayıt”ın qərarlaşması komanda sayı ilə əlaqədardı. Təsəvvür edin, 7-ci yerdəki “Neftçi” Samir Abasovun komandasından cəmi 2 xal geri qalır. Ümumiyyətlə, 4-7-ci yerlər aralığındakı komandaları gedən qatarın son sərnişinlərinə banzətmək olar. İlk 3-lük elə möhkəm oturub ki, kiminsə çempionatın qalan ¾ hissəsində onlara badalaq vura biləcəyini söyləməyə heç bir əsas yoxdu. Söhbət tək xal ehtiyatından getmir. Axı, ortaya qoyulan futbol da göz qabağındadı. Hansısa klubun qış fasiləsində transferlərə 15-20 milyon xərcləyəcəyi də real görünmür.

4-cü yer uğrunda mübarizə “Sumqayıt”, “Kəpəz”, “Zirə” və “Neftçi” arasında gedəcəyini proqnozlaşdırmaq olar. Ancaq bu mübarizədə ən az şans tanıdığımız “Sumqayıt”dı. “Zirə” də ötənilki deyil. Elə “Kəpəz” də heç cür özünə gələ bilmir. “Neftçi” isə ötən tur qalib gəlsə də, “ağ-qaralar”ın quyunun dibindən çıxdığını iddia etmək doğru olmaz.

AZAL-ın heç kimlə rəqabət apara bilmədiyini hətta Afrika cəngəlliklərində də bilirlər. Ancaq hələ də Cahangir Əsgərov simicliyindən əl çəkmir. Mövcud vəziyyətdə Tərlan Əhmədova acımaqdan başqa çarə görünmür. Çünki istənilən futbolçunun bəlli potensialı var. “Təyyarəçilər”in sıralarında toplaşan futbolçuların da potensialı turnir cədvəlində öz əksini tapıb.

CEYHUN ƏLİYEV

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-24 01:27

“Yuventus” finalda!

blank
Dünya futbolu2024-04-24 01:11

“Çelsi” “Arsenal”a biabırçı hesabla uduzdu

blank
Digər idman növləri2024-04-24 00:15

Azərbaycan çempionatına start verildi

blank
Dünya futbolu2024-04-23 23:51

“Beşiktaş” yarımfinalın ilk görüşündə qol vura bilmədi

blank
Digər idman növləri2024-04-23 22:07

Dünya Güləş Birliyi Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqlədi

blank
Milli komanda2024-04-23 21:51

Millimiz Belarus yığmasına böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-04-23 21:19

Musiala üçün daha bir müştəri

blank
Premyer-liqa2024-04-23 20:54

“Sabah” – “Səbail” oyununa xüsusi diqqət: Hədiyyələr olacaq

blank
Dünya futbolu2024-04-23 20:35

Bellingemin ən doğru addımı

blank
Digər idman növləri2024-04-23 19:38

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Ölkə futbolu2024-04-23 19:19

“Göygöl”, “Şahdağ Qusar” və “Füzuli”dən qələbə

blank
Dünya futbolu2024-04-23 19:01

“Liverpul”un futbolçusu iki həftəlik sıradan çıxıb

blank
Ölkə futbolu2024-04-23 18:44

“Fürsət düşsə, Rumıniyaya qayıdardım” – “Neftçi”nin futbolçusu

blank
Milli komanda2024-04-23 18:26

Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-23 18:09

“Qarabağ”ın uğurlarına sevinirəm, amma “Neftçi” mənə daha əzizdir” – VİDEO

blank
Digər idman növləri2024-04-23 17:52

Samboçular Göygöldə hazırlaşır

blank
Dünya futbolu2024-04-23 17:35

“Barselona” və “Bayern”i istəmədi, klubu ilə yeni müqavilə bağladı

blank
Ölkə futbolu2024-04-23 17:18

Yarımfinal oyunlarının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-23 17:01

AGF rəhbərliyi memorandum imzaladı

blank
Digər idman növləri2024-04-23 16:44

Bellingemə mükafatı Alkaras verdi

blank
Milli komanda2024-04-23 16:30

Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”

blank
Milli komanda2024-04-23 16:16

Millimiz Belarusda beynəlxalq turnirə qatılacaq

blank
Dünya futbolu2024-04-23 16:00

Varelanı Münhendə gözləyirlər

blank
Dünya futbolu2024-04-23 15:43

“Barselona” Arauxonu satmağa məcburdur

blank
Dünya futbolu2024-04-23 15:25

Modriç Madriddə qalır

blank
Dünya futbolu2024-04-23 15:08

AÇ-2024-ün oyunlarını idarə edəcək hakimlər bəlli oldu

blank
Digər idman növləri2024-04-23 14:52

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq

blank
Ölkə futbolu2024-04-23 14:38

Bakıda UEFA fitnes məşqçilik kursunun 1-ci modulu başlayıb

blank
Digər idman növləri2024-04-23 14:20

Meydançaya 1000-dən çox kepka atıldı

blank
Digər idman növləri2024-04-23 14:02

“Medison Skver Qarden” ən sevimli arena seçildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm