Premyer-liqa
“Neftçi” “qara zolaq”dan çıxdı
“Neftçi” məğlubiyyət seriyasına son qoyub. Futb…
“Neftçi” məğlubiyyət seriyasına son qoyub. Futbolinfo.az xəbər verir ki, Bakı klubu Topaz Premyer Liqasının 7-ci turunun “Kəpəz”lə qarşılaşmasında qazandığı 2:0 hesablı qələbə ilə “qara zolaq”dan çıxıb.
Son 5 matçda qələbə və xala həsrət qalan “ağ-qaralar” sonuncu dəfə avqustun 6-da sevinmişdi. Səfərdə AZAL-a 2 cavabsız qol vuran bakılılar 56 gündən sonra xal əldə edib.
Ardıcıl 5 dəfə uduzmaqla, ölkə çempionatları tarixində özünün ən uzun seriyasına imza atan bakılılar digər antirekorda imkan verməyib. Paytaxt təmsilçisi tarixində 6-cı dəfə qələbəsizlik seriyasını 5-ə çatdırsa da, 2015-ci ildə 9 oyunluq uğursuzluğun təkrarlanmasına imkan verməyib. “Neftçi” ötən il 1 dəfə doqquz, 1 dəfə altı görüşdə qalib gələ bilməmişdi.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar