Dünya futbolu
Premyer Liqa klubunda yeni baş məşqçi
İngiltərənin "Suonsi" klubunda baş məşqçi dəyi…
İngiltərənin "Suonsi" klubunda baş məşqçi dəyişikliyi olub. Futbolinfo.az xəbər verir ki, klub rəhbərliyi italiyalı çalışdırıcı Françesko Judoli ilə yolları ayırmağa qərar veriblər.
Klub saytının yaydığı xəbərə görə, italiyalını baş məşqçi postunda amerikalı mütəxəssis Bob Bredli əvəz edəcək. 58 yaşlı mütəxəssis son olaraq Fransanın "Le Havr" klubunu çalışdırıb. O, daha əvvəl ABŞ və Misir millilərinin də baş məşqçisi olub.
Qeyd edək ki, "Suonsi" İngiltərə Premyer Liqasının geridə qalan 7 turunda cəmi 1 qələbə qazanıb. Komanda hazırda 4 xalla 20 klub arasında 17-ci sırada qərarlaşıb.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Müsahibə2024-04-29 10:14
“Qalatasaray” rəsmisi: “Azərbaycana layiqli idmançılar yetişdirmək istəyirik”