Milli komanda
Yığmamız ilk oyununda məğlub oldu
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa…
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün ilk oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, millimiz Litvanın "Marijampole" stadionunda Avstriya komandası ilə qarşılaşıb.
Oyun 4:1 hesabı ilə avstriyalı futbolçuların xeyrinə başa çatıb. Yığmamızın heyətində Anton Krivotsyuk fərqlənib.
Millimiz növbəti oyununu oktyabrın 6-da, saat 15.00-da Bosniya və Herseqovina yığmasına qarşı keçirəcək.
AÇ-nin seçmə mərhələsi
5-ci qrup
4 sentyabr
Avstriya – Azərbaycan – 4:1
Qollar: Arnel Yakupoviç, 23 (1:0). Anton Krivotsyuk, 41 (1:1). Aleksander Koqler, 46 (2:1). Arnel Yakupoviç, 66 (3:1). Sandi Lovriç, 81 (4:1).
Qırmızı vərəqə: Elvin Dəmirov, 63 (Azərbaycan).
Sarı vərəqə: Yusif Cəfərov, 22 (Azərbaycan).
Hakimlər: Conatan Lardo (Belçika, Frederik Qodelayn (Belçika), Vitis Snarskis (Litva), Manfredas Lukyançukas (Litva).