Milli komanda
Yığmamızın oyunu danimarkalı hakimlərə tapşırıldı
21 yaşadək futbolçular arasında Avropa çempionatını…
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Finlandiya – Azərbaycan matçının hakimləri açıqlanıb. Futbolinfo.az xəbər verir ki, oktyabrın 7-də keçiriləcək qarşılaşmanı danimarkalı hakimlər idarə edəcək.
Helsinkinin “Toolon jalkapallostadion” stadionundakı matçın baş hakimi Peter Kyaesqaard-Andersen olacaq. Ona Henrik Sonderbyu və Yakob Bille kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi Sandi Putros olacaq.
Qeyd edək ki, Finlandiya ilə matç yığmamızın AÇ-2017-nin seçmə mərhələsində son oyunudu. 9 qarşılaşmada 8 xal toplayan yığmamız 4-cü pillədə qərarlaşıb.
- Milli komanda2024-05-01 18:44
Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu
- I Liqa2024-05-01 11:25
I Liqada 24-cü turun təyinatları müəyyənləşdi
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-01 10:02
Vadim “Araz-Naxçıvan”ı fərqləndirir: “Psixoloji cəhətdən axsayırdıq”