Ölkə futbolu
Emil Balayev rəsmən "Qarabağ"da!
Almaniyanın "Ayntraxt" (Frankfurt) klubundan ayrılandan b?…
Almaniyanın "Ayntraxt" (Frankfurt) klubundan ayrılandan bəri özünə yeni iş yeri axtaran qapıçı Emil Balayev nəhayət ki, istəyinə çatıb. Futbolinfo.az xəbər verir ki, uzun müddət fərdi məşq edən, bir müddət öncə Almaniyanın "Ayntraxt" (Braunşveyq) klubuna baxışa getsə də, bəyənilməyib vətənə qayıdan qolkiper "Qarabağ"la anlaşıb.
Tərəflər artıq müqavilə də bağlayıblar. Klubdan məlumatı təsdiqləsələr də, hələ rəsmi açıqlama yayılmayıb. Yaxın saatlarda Ağdam klubu bu transferi rəsmən açıqlayacaq.
Qeyd edək ki, Balayev "Qarabağ"ın son bir ayda transfer etdiyi ikinci qapıçıdır. Bir müddət öncə Ağdam klubu legioner qapıçı Boyan Şaranovu heyətinə qatmışdı. Onlarla yanaşı, "Qarabağ"da əsas qapıçı İbrahim Şehiç və Şahruddin Məhəmmədəliyev də var.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib