Ölkə futbolu
Emil Balayev: "Etimadı doğrultmağa çalışacağam"
Xəbər verdiyimiz kimi, "Qarabağ" bu gün növbət…
Xəbər verdiyimiz kimi, "Qarabağ" bu gün növbəti transferini reallaşdırıb. Futbolinfo.az xəbər verir ki, Ağdam klubu milli komandamıza da dəvət alan, hazırda azad agent statusu daşıyan qolkiper Emil Balayevlə bir illik müqavilə imzalayıb.
Son klubu Almaniya "Ayntraxt"ı (Frankfurt) olan (2014-2016) Emil Balayev bu komandadan ayrıldıqdan sonra “Qarabağ”ın düşərgəsində məşq edirdi. Gənc qolkiper keçidi haqda klubun rəsmi saytına açıqlama verib:
"İlk olaraq, baş məşqçi Qurban Qurbanov və klub rəhbərliyinə mənə inandıqlarına görə təşəkkürümü bildirirəm, çalışacam ki, bu etimadı doğruldum. "Qarabağ"a transferim mənim üçün xoş oldu. Klubsuz qaldığım müddətdə də mənə bu komandada məşq etməyə icazə verdiklərinə görə bir daha təşəkkür edirəm. Belə səviyyəli komandayla məşq etmək mənə çox şey öyrətdi. Çalışacam, oyun təcrübəmi artıraraq gələcəkdə komandama kömək edim".
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı