Dünya futbolu
Kamran Ağayevlə Emin Mahmudov baş məşqçisiz qaldı
Futbol üzrə Azərbaycan millisinin qapıçısı Kamran Ağ…
Futbol üzrə Azərbaycan millisinin qapıçısı Kamran Ağayevlə yarımmüdafiəçi Emin Mahmudovun komandası – Portuqaliyanın "Boavişta" klubunda gözlənilməz ayrılıq yaşanıb. Futbolinfo.az xəbər verir ki, klub rəhbərliyi baş məşqçi Ervin Sançeslə yollları ayırmağa qərar verib.
Klub bununla bağlı yaydığı rəsmi məlumatda 46 yaşlı mütəxəssisə gələcək karyerasında uğurlar arzulayıb. Hazırda komanda baş məşqçisiz qalıb. Yaxın günlərdə yeni baş məşqçinin kimliyinə aydınlıq gəlməlidir.
Qeyd edək ki, Ervin Sançes 2015-ci ildən "Boavişta"nın baş məşqçisi idi. Komanda cari mövsümdə 7 turdan sonra 13-cü pillədə qərarlaşıb. Emin bu kluba keçəndən bəri hələ də rəsmi oyunda debüt etməyib. Kamran isə Sançesin rəhbərliyi altında iki oyunda iştirak edib.