Ölkə futbolu
Körpüdən yıxılan azarkeşdən yeni xəbər var
DÇ-2018-in seçmə mərhələsi çərçivəsi…
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – Norveç (1:0) matçından əvvəl körpüdən yıxılaraq ağır xəsarət alan Zahidov Nahiddən xəbər var. Futbolinfo.az xəbər verir ki, 21 yaşlı azarkeşin vəziyyəti stabildi.
Zərərçəkənin qohumlarının saytımıza veridyi məlumata görə, artıq ona qan köçürülüb. Bundan başqa, həkimlər bu gün yaxınlarının Nahidə baş çəkməsinə icazə veriblər. O, təxminən 1 həftəyə palataya köçürüləcək.