Milli komanda
Rekordunu təkrarlayan Prosineçki və səfərdə 10-cu məğlubiyyətsiz oyun
Çexiya ilə səfər matçından bərabərliklə (0:0) qay…
Çexiya ilə səfər matçından bərabərliklə (0:0) qayıdan millimiz bir çox tarixi nəticələrə imza atdı. Xallarının sayını 7-yə yüksəldən komandamız bu mənada ən yaxşı göstəricisini təkrarlaya bilər.
Bunun üçün Robert Prosineçkinin yetirmələrinə cəmi 2 xal lazımdı. Həmçinin, komandamız 10-cu dəfə səfərdən məğlubiyyətsiz dönür. Bu oyunlardan 2-də millimiz qələbə qazanıb, 8-də isə bərabərə qalıb:
12.02.2003. Serbiya və Çernoqoriya 2:2 Azərbaycan (AÇSO-2004)
06.06.2007. Qazaxıstan 1:1 Azərbaycan (AÇSO-2008)
10.10.2009. Lixtenşteyn 0:2 Azərbaycan (DÇSO-2010)
14.11.2012. Şimali İrlandiya 1:1 Azərbaycan (DÇSO-2014)
22.03.2013. Luksenburq 0:0 Azərbaycan (DÇSO-2014)
07.09.2013. İsrail 1:1 Azərbaycan (DÇSO-2014)
12.06.2015. Norveç 0:0 Azərbaycan (AÇSO-2016)
06.09.2015. Malta 2:2 Azərbaycan (AÇSO-2016)
04.09.2016. San Marino 0:1 Azərbaycan (DÇSO-2018)
11.10.2016. Çexiya 0:0 Azərbaycan (DÇSO-2018)
Tarixinin ən uğurlu startını götürən yığmamız ardıcıl 3 qol matç qol buraxmamaqla bu mənada da ən yaxşı nəticəsini təkrar edib. Bundan əvvəlki rekord da elə Prosineçkinin rəhbərliyi altında qeydə alınıb. Belə ki, ötən il millimiz evdə Maltanı quru hesabla yenib (2:0), Norveç səfərində və “Bakcell Arena”da Xorvatiya ilə görüşlərdə 0:0 hesablı nəticə ilə yadda qalmışdı.
Ölkəmiz seçmə mərhələlərdə meydana çıxdığı 11 görüşdə 12 qələbə, 23 heç-heçə, 76 məğlubiyyət alıb. Bu matçlarda vurulan 57 qolun müqabilində komandamız 242 dəfə topu tordan çıxarıb.
Bu matç yığmamızın Çexiyaya qarşı keçirdiyi 2-ci oyun oldu. Millimiz 2-ci oyunda da qapısını toxulmaz saxladı. Daha öncə tərəflər arasında 7 il əvvəl keçirilən oyun təmsilçimizin qələbəsi ilə yekunlaşmışdı – 2:0.
Cari seçmə mərhələdə hələ də qol buraxmayan millimiz bu mənada Avropada seçilən 4 ölkədən biridi. 55 ölkə arasında Azərbaycandan başqa qrupumuzun digər təmsilçisi Almaniya, həmçinin Belçika və İngiltərə də var.
Baş məşqçi Robert Prosineçki Çexiya ilə oyunda millini 9-cu rəsmi matçına çıxardı. Komandamız xorvatiyalı mütəxəssisin rəhbərliyi altında 3 qələbə, 4 heç-heçəyə imza atıbsa, 2 dəfə də meydanı məğlubiyyətlə tərk edib. Onun dövründə millimiz rəqib qapısına 7 qol vurub, elə bir o qədərini də buraxıb. 2014-cü ilin dekabrından bəri yığmaya rəhbərlik edən Prosineçki artıq millimizin qapısını alınmaz qalaya çevrir. Belə ki, onun rəhbərliyi altında baş tutan 9 görüşün 6-da komandamız qol buraxmayıb.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib