Milli komanda
FIFA Bakıda baş verən hadisəyə görə araşdırmalara başladı
FİFA Norveç yığmasının futbolçusu Ole-Kristian Seln…
FİFA Norveç yığmasının futbolçusu Ole-Kristian Selnesə qarşı araşdırmalara başlayıb. Futbolinfo.az xəbər verir ki, buna səbəb futbolçunun Azərbaycan millisi ilə keçirilən görüşdə hakimlər briqadasına etiraz etməsi olub.
Oyunun baş hakimi olan israilli referi Liran Liani etirazlara görə, norveçli futbolçuya qarşılaşma başa çatdıqdan sonra qırmızı vərəqə göstərib və protokolda qeyd edib. Lakin FİFA Selnesin San Marinoya qarşı oynamasına icazə verib.
22 yaşlı dayaq yarımmüdafiəçi məsləylə bağlı fikirlərini bildirib. O, Bakı Olimpiya stadionunun tunelində hakimlərə “Hər şeyə fit çaldız, bizi çətin vəziyyətdə qoydunuz” dediyini söyləyib. Selnes bu sözlərdən başqa heç nə demədyini qeyd edib:
“Yalnız bu sözləri demişəm. Tunel səs-küy idi. Orada çoxlu adam var idi. Başqalarının dediyinə məsuliyyət daşıya bilmərəm”.
Bundan əlavə, Norveç millisində köməkçi məşqçi kimi çalışan Martin Foystonla da bağlı araşdırmalar başlayıb. O, açıqlamasında 4-cü hakim olan Eytan Şmulevitsə təşəkkür etmək istədiyini bildirib, lakin hakim ondan aralı durmağı tələb edib.
Qeyd edək ki, FİFA qərarını oktyabrın 27-də açıqlayacaq. (Qafqazinfo)