Premyer-liqa
"Qarabağ"ın həsrəti bitir
Azərbaycan Çempionatının 8-ci turu çərçivəsi…
Azərbaycan Çempionatının 8-ci turu çərçivəsində “Qarabağ” evdə “Sumqayıt”ı qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, qarşılaşma Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçiriləcək.
Bununla da ağdamlılar cari mövsümdə ilk dəfə bu arenanın xidmətindən yararlanacaq. Bundan başqa, yüngül zədəsi olan Reynaldo “kimyaçılar”la matçda oynamaq iqtidarındadı.
Qeyd edək ki, stadionun ot örtüyü qaydasında olmadığından “atlılar” bu mövsüm ev oyunlarını Masazırdakı “Əlincə Arena”da keçirirdi.