Ölkə kuboku
1/8 final mərhələsinin bütün cütlükləri bəlli oldu
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/16 final mərhə…
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/16 final mərhələsinin oyunları keçirildi. Futbolinfo.az xəbər verir ki, Azərbaycan Birinci Divizionunda hazırda lider olan “Turan Tovuz” “Bakılı”nı böyük hesabla (4:0) məğlub edərək, adını 1/8 final mərhələsinə yazdırdı. “Turan Tovuz” bu mərhələdə Topaz Premyer Liqasında çıxış edən “Zirə”ni qəbul edəcək.
1/16 final mərhələsinin digər görüşü Şəmkirdə reallaşdı. Şəhərin eyniadlı komandasını 2:1 hesabı ilə məğlub edən “Qaradağ Lökbatan” 1/8 final mərhələsində “İnter”in qonağı olacaq.
Beləliklə, 1/8 finalda qarşılaşacaq bütün cütlüklər bəllidir. Həmin qarşılaşmaların siyahısını təqdim edirik:
Azərbaycan Kuboku
1/8 final
"Turan Tovuz" – “Zirə”
“Neftçi” – “Şərurspor”
“Qarabağ” – “Səbail”
MOİK – “Sumqayıt”
“İnter” – "Qaradağ Lökbatan"
“Şahdağ” – “Kəpəz”
“Qəbələ” – “Zaqatala”
AZAL – “Rəvan”
1/16 final mərhələsində olduğu kimi, 1/8 finalda da qalib bir oyunda müəyyənləşəcək. 1/8 final mərhələsinin oyunları dekabrın 2-3-də keçiriləcək.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…