Milli komanda
Yığmamız Estoniyaya qalib gəldi
Bu gün Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığma kom…
Bu gün Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığma komandası AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində son matçına çıxıb. Futbolinfo.az xəbər verir ki, 3-cü qrupda yer alan millimiz Estoniya ilə qarşılaşıb.
Qeyd edək ki, bu oyun qrup üçüncüsünü müəyyənləşdirmək baxımından vacib əhəmiyyət daşıyırdı. Çünki millimiz Macarıstan (0:3) və Polşaya (0:4) böyük hesablarla uduzduğu kimi, estonlar da əvvəlki oyunlarını məğlub başa vurduğundan xal qazanmamışdı.
Bu oyunda isə sevinən tərəf millimiz olub. Komandamız Aytac Nemətovanın vurduğu qol sayəsində minimal hesabı ilə qələbə qazanıb və qrupda üçüncü yeri tutub.
Qrupun digər oyununda isə Polşa və Macarıstan bərabərə qalıb – 2:2.
Azərbaycan – Estoniya – 1:0
Qol: A.Nemətova, 13.
Qrupdakı yekun vəziyyət: Polşa, Macarıstan – 7, Azərbaycan – 3, Estoniya – 0.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib