Ölkə futbolu
Öncə Qurbanov, sonra İliç
Avropa Liqasının qrup mərhələsi çərçivəsində ke&…
Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – PAOK matçöncəsi keçiriləcək mətbuat konfranslarının və məşqlərinin vaxtı bəllidi. Futbolinfo.az xəbər verir ki, jurnalislər önünə ilk olaraq təmsilçimizin baş məşqçisi Qurban Qurbanov çıxacaq. Konfrans, saat 17:30-da “Azərsun Arena”nın mətbuat zalında baş tutacaq. Daha sonra isə saat 18:00-da komanda ilk 15 dəqiqəsi jurnalistlər üçün açıq məşqə çıxacaq.
Yunanıstan təmsilçisinin baş məşqçisi Vladimir İliç isə 19:15-də KİV nümayəndələrinin suallarını cavablandıracaq. Onun yetirmələri oyunöncəsi son hazırlıqlara isə 20:00-da çıxacaq. Həm konfrans, həm də məşq qarşılaşmanın keçirləcəyi Tofiq Bəhramov adına Respubilka stadionunda baş tutacaq.
Qeyd edək ki, sözügedən matç oktyabrın 20-də keçiriləcək və saat 21:00-da start götürəcək.
- Ölkə futbolu2024-05-09 13:53
“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-08 20:41
PFL, “YAŞAT” Fondu və “Badamlı” arasında müqavilə imzalandı
- Digər idman növləri2024-05-09 12:52
Kramarenkonun qızı millimizdə? – “Bu, ölkəmə xəyanət olar”