Dünya futbolu
Premyer Liqada ən çox hansı futbolçunun forması satılır?
Böyük Britaniyada ən məşhur idman malları satışı şə…
Böyük Britaniyada ən məşhur idman malları satışı şəbəkəsi olan "Sports Direct" İngiltərə Premyer Liqasında ən çox hansı futbolçuların futbolkaların satılması ilə bağlı reytinqini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, siyahıya "Mançester Yunayted"in 2 futbolçusu – Pol Poqba və Zlatan İbrahimoviç başçılıq edir.
Bundan əlavə, ilk 10-luqda Mançester klubunun daha iki üzvü var.
1. Pol Poqba ("Mançester Yunayted")
2. Zlatan İbrahimoviç ("Mançester Yunayted")
3. Aleksis Sançes ("Arsenal")
4. Mesut Ozil ("Arsenal")
5. Filippe Koutinyo ("Liverpul")
6. David De Hea ("Mançester Yunayted")
7. Sadio Mane ("Liverpul")
8. Dimitri Paye ("Vest Hem")
9. Eden Azar ("Çelsi")
10. Markus Reşford ("Mançester Yunayted")