Müsahibə
Svanadze: "Meydanda qar var idi?"
"İnter" – "Qəbələ" matçından sonra mey…
"İnter" – "Qəbələ" matçından sonra meydan sahiblərinin baş məşqçisi Zaur Svanadze mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, gürcü mütəxəssis yetirmələrindən razı qaldığını bildirib.
– Uşaqlardan razıyam. Futbolçularım yaxşı mübarizə apardılar, qol fürsətləri yaxaladılar. Təəssüf ki, matçın sonlarında sayıqlığı itirdilər. Buna baxmayaraq, gələcəyə nikbin baxıram.
– Vizaviniz örtüyün bərbad vəziyyətdə olduğunu bildirdi. Siz bu barədə nə düşünürsünüz?
– Meydanda qar var idi? Örtük salındığı dövrdəki kimi deyil. İndi rəhbərlik bu barədə düşünür ki, örtüyü dəyişsinlər. Ümumilikdə isə hər iki komanda eyni şəraitdə oynayırdılar.
– Nizami əvəzlənərkən, sanki etiraz etdi?
– Xeyr, dedi ki, bir neçə epizodda açıldı, ona ötürmə edən olmadı.
CEYHUN ƏLİYEV