Premyer-liqa
"Bu cür oyunla bizə inam, yox, nifrət yaranacaq"
Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsind?…
Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində keçirilən “Qarabağ” – “Sumqayıt” matçından sonra qonaqların baş məşqçisi Samir Abasov fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, o, 0:3 hesabıyla uduzduqları görüşü belə şərh edib:
"Hər şey göz qabağında idi. “Qarabağ” məşq etdi. Tezliklə belə bərbad oyunu unudub, “Qəbələ” ilə matçı düşünməliyik. Çalışıb, azarkeşlərmizi sevindirməliyik. Bu cür oyunla bizə inam, yox, nifrət yaranacaq. Növbəti matçı səbrsizliklə gözləyirik. Ən azı bugünkü kimi oynamayacağıq".