Ölkə futbolu
"AZAL Arena" yenilənir – FOTOLAR
Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən i…
Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən AZAL ev oyunlarını keçirdiyi "AZAL Arena"da bəzi yeniliklər edib. Futbolinfo.az xəbər verir ki, şüvəlanlılar oyunçuların soyunub – geyinmə otağına aparan açılıb-bağlanan dəhlizi yeniləyiblər.
Bundan başqa, ehtiyat oyunçular skamyasının arxasına böyük hərflərlə "AZAL Arena" sözləri yazılıb. Son ev matçında işləməyən tablo da artıq təmir edilib.
Ümumiyyətlə, stadionda əlavə yeniliklərin olacağı gözlənilir. Belə ki, tablonun yeri dəyişdirəcək. Əvəzində isə onun yerində əlavə VIP tribuna və oyunun canlı çəkilişini həyata keçirilməsi üçün operatorlar üçün əlverişli yer düzəldiləcək. Bütün bunların qış fasiləsi zamanı həyata keçirilməsi planlaşdırılıb.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Müsahibə2024-04-29 10:14
“Qalatasaray” rəsmisi: “Azərbaycana layiqli idmançılar yetişdirmək istəyirik”
- Ölkə futbolu2024-04-29 12:33
“Qarabağ” “Turan”a çata bilmədi