Ölkə futbolu
“Qarabağ” üçün marketoloq
Avropa Liqasının qrup mərhələsi çərçivəsində ke&…
Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – PAOK oyununa təyinat alan Alon Yefet 2-ci dəfə ölkəmizə gələcək. Futbolinfo.az xəbər verir ki, israilli ədalət təmsilçisi daha öncə millimizin DÇ-2014-ün seçmə mərhələ oyununda evdə Bolqarıstanla matçını idarə etmişdi.
Qonaqların 2:1 hesabı qələbəsi ilə yekunlaşan matçda 44 yaşlı referi millimizin 3, rəqibin isə 1 oyunçusunu sarı vərəqə ilə cəzalandırıb. Yefet bunadək 1 dəfə də PAOK-un görüşünə təyinat alıb. Bu, uzaq 2003-cü ilə təsadüf edir. 13 il əvvəl Macarıstan “Debretsen”i ilə keçirilən qarşılaşmada referi yunanların 2 futbolçusuna sarı vərəqə göstərib.
2002-ci ildən FİFA referisi statusunu daşıyan Yefetin beynəlxalq oyunlarda təcrübəsi yetərincədi. O, bu müddətdə 95 rəsmi oyun idarə edib ki, bu qarşılaşmalarda futbolçulara 343 sarı, 12 qırmızı vərəqə göstərib, 14 dəfə komandaları penalti ilə cəzalandırıb.
İxtisasca marketinq meneceri olan Yefetin xobbisi filmə, basketboladı. Bundan başqa o, səyahət etməyi də xoşlayır.
Qeyd edək ki, fit sahibi FİFA-nın 1-ci dərəcələi hakimlər kateoriyasına daxildi.