Ölkə futbolu
Azər Məmmədov üçün daha bir vəzifə
“Kəpəz”in əvəzedici komandasının baş məşqç…
“Kəpəz”in əvəzedici komandasının baş məşqçisi Azər Məmmədov klubda uşaq futbolunun rəhbəri təyin edilib. Futbolinfo.az xəbər verir ki, Məmmədovun əsas işi “sarı-göylər”in 9 yaş qrupu üzrə komandalarına nəzarət etmək və ümumilikdə uşaq futbolunun inkişafına dəstək verməkdən ibarət olacaq.
Qeyd edək ki, Gəncə futbolunun yetirməsi olan Azər Məmmədov futbol oynadığı dövrlərdə “Kəpəz”in kapitanı olub. Karyerasını məhz doğma klubunda başa vuran sabiq müdafiəçi “sarı-göylər” birinci divizionda çıxış edəndə bir müddət əsas komandanı çalışdırıb. Ötən ildən isə əvəzedici heyətin baş məşqçisidir.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq