Bizi izləyin

Milli komanda

Emin Mahmudovu itirməyək!

Bəlkə də zamanı deyil. Ancaq sonra gec də ola bilər.

Emin Mah…

blank

Bəlkə də zamanı deyil. Ancaq sonra gec də ola bilər.

Emin Mahmudova şans verilməlidi. Nə vaxt, hansı oyunda? Bu suallara cavab tapmaq çətindi. Ancaq Eminə mütləq şans verilməlidi. Başını aşağı salıb futbolunu oynayırdı. Rusiya yığmasına düşmək üçün nəzəri şansını da qoruyurdu. Evindən-eşiyindən didərgin salındı, yığmamızda oynamağa razılıq verdi. Özü də Ramil Şeydayevlə eyni gündə. Üstü açılamasa da, görünən budu ki, Şeydayev – Mahmudov tandemi məhz hər ikisinin cəlb olunduğuna görə millimizdə oynamağa razılıq veriblər.

Şeydayevin işi qaydasına düşməkdədi. İstedadlı forvard millimzdə tam 90 dəqiqə oynamaq şansı da qazandı, bu fürsətdən maksimum yararlanmağı da. Emində isə vəziyyət fərqlidi. Şərəfini qoruduğu “Boavişta”da meydana çıxa bilmir. Ümid qalır millimizə. Burada da hələ ki, “vakuum”du. Mahmudov hər oyuna dəvət alır, ancaq bütün qarşılaşmaları ehtiyat oyunçular skamyasından izləyir.

“Qalib heyəti dəyişməzlər” deyimini nəzərə aldıqda (Çexiya ilə səfər heç-heçəsi millimiz üçün elə qələbə səviyyəsində bir nəticədi), Robert Prosineçkini qınamağa heç bir əsasımız olmur. Ancaq Prosineçkinin bəzi anlarda ciddi riskə getdiyini xatırlasaq, düşünməyə dəyər. Kamran Ağayevin uzun müddət klubsuz qaldığı dönəmdə də, komadasında buraxdığı səhvlər zamanında da xorvatiyalı qolkiperə güvəndi, güvəndi, güvəndi… bu gün də bəhrəsini görür.

Elə Şeydayev də “Trabzonspor”da hələ də heyətə düşə bilmir. Doğrudu, Ramilin klubdakı işləri addım-addım irəliyə gedir. Ölkə kubokunda da heyətdə olub, çempionatda da “18-liy”ə düşməyə başlayıb.

İndi də növbə Mahmudovdadı. San-Marinoya qarşı matçda oyuna daxil olduqdan sonra yarımmüdafiə xəttində xeyli canlanma yaratmağı bacaran “Boavişta”nın futbolçusu hamımızı xeyli ümidləndirmişdi. Ancaq bundan sonra yalnız dəvət, dəvət, dəvət…

Bununla Prosineçkinin “bostanına daş atmırıq”. Əksinə, yuxarıda da qeyd etdik ki, “qalib heyəti dəyişmirlər”. Xorvatiyalı mütəxəssisin sürət yığan “mühərrik”inə müdaxilə etmirik. Sadəcə, Emini də düşünmək lazımdı. Bu futbolçuya sahib çıxmalıyıq. Özü də hansısa klubumuza dəvət etməklə yox. Onun ölkə xaricində çıxış etməsi futbolumuza hər iki tərəfdən xeyirdi: həm imic baxımından, həm də yığmamıza fayda vermək.

Mahmudov hazırda Kamran Ağayevlə birlikdə Portuqaliyada Azərbaycan futbolunun vizit vərəqəsidi. Kamran dividendlər gətirdiyi biz zamanda niyə də Emindən də maksimum yararlanmayaq? “Boavişta”da hələ ki, şans qazanmır, heç olmasa, yığmada güvənək və bu da onun üçün tramplin rolunu oynasın. Əgər Mahmudov da özünü sübut edə bilsə, artıq gələn mövsüm bu ölkədəki “səfirlərimiz”in sayı xeyli artacaq. “Avropa braziliyalıları”nın vətəni isə daim “köhnə qitə”nin tanınmış skautlarının diqqət mərkəzindədi. Axı, atalarımız əbəs yerə “qar qar üstə yağar” deməyiblər. 

Robert müəllim, sən bir düşün, bəlkə dediyimiz yola yaşıl işıq yandırasan!?

CEYHUN ƏLİYEV

Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-19 21:00

“Sumqayıt” avrokubok iddiasını davam etdirir

blank
Premyer-liqa2024-04-19 19:49

Tovuzda darmadağın – VİDEO

blank
Premyer-liqa2024-04-19 19:21

Ayxan Abbasov: “Günahkar axtarmıram” – VİDEO

blank
Premyer-liqa2024-04-19 19:09

Samir Abasov: “Bizi bu yerlərdə görmək çoxları üçün xoş deyil” – VİDEO

blank
Dünya futbolu2024-04-19 18:59

ÇL-də həftənin ən yaxşı oyunçusu

blank
Premyer-liqa2024-04-19 18:26

“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu

blank
Digər idman növləri2024-04-19 17:44

Yeddiqat dünya çempionu səfir təyin edildi

blank
Dünya futbolu2024-04-19 17:27

“Beşiktaş” Qurban Qurbanovla bağlı qərar verməyib

blank
Dünya futbolu2024-04-19 17:09

ÇL: Həftənin ən yaxşı qolunun müəllifi açıqlandı

blank
Digər idman növləri2024-04-19 16:51

MBA-da mövsümün statistik göstəriciləri: kim nədə lider oldu?

blank
Digər idman növləri2024-04-19 16:20

Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər

blank
Ölkə futbolu2024-04-19 16:01

“Lerik” Əsasnaməni pozduğu üçün cərimə olundu

blank
I Liqa2024-04-19 15:47

“İrəvan” xərəkdaşıyanlara görə cəzalandı

blank
Dünya futbolu2024-04-19 15:31

Almanlar bunu 29 ildən sonra bacardılar

blank
Dünya futbolu2024-04-19 15:15

Olmo seçim qarşısında

blank
Dünya futbolu2024-04-19 15:00

“Barselona” “Nou Kamp”a nə vaxt qayıdacaq?

blank
Premyer-liqa2024-04-19 14:41

“Qarabağ”la “Qəbələ”nin 77-ci dueli

blank
Digər idman növləri2024-04-19 14:24

Azərbaycan çempionatında həlledici mərhələnin ilk oyunlarının təqvimi açıqlandı

blank
Digər idman növləri2024-04-19 14:10

Ataman üçün acı xəbər

blank
Digər idman növləri2024-04-19 13:52

Çində ən yaxşı nəticəni “Maklaren” sürücüsü göstərdi

blank
Ölkə futbolu2024-04-19 13:35

“Boykot narazılığı ifadə etmək üçün ən yaxşı üsul deyil” – “Neftçi” rəsmisi

blank
Dünya futbolu2024-04-19 13:20

Naqelsmann yığmada qaldı – müqavilə müddəti uzadıldı

blank
Müsahibə2024-04-19 13:19

Sertan özündən narazıdır: “Daha yaxşısını edə biləcəyimi düşünürəm”

blank
Ölkə futbolu2024-04-19 13:01

“Qəbələ”də daha bir vida – legioner yola salındı

blank
Digər idman növləri2024-04-19 12:44

Ən yaxşı snayper müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-19 12:27

AFFA Tovuza elə bir hakim göndərib ki…

blank
Digər idman növləri2024-04-19 12:10

MHL-də mövsümün ən məhsuldar oyunçusu bəlli oldu

blank
Dünya futbolu2024-04-19 11:53

İngilislərin fiaskosu və “Atalanta” kuboku qazansa…

blank
Digər idman növləri2024-04-19 11:35

Azərbaycan tennisçisi beynəlxalq turnirdə bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-19 11:20

İtaliya ÇL-də 5 komanda ilə təmsil olunacaq

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm