Premyer-liqa
Tərlan Əhmədov: "AZAL-a lider lazımdı"
Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsind?…
Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində keçirilən AZAL – "Zirə" (1:1) matçından sonra meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az xəbər verir ki, o, qarşılaşma ilə bağlı bunları söyləyib:
– İki fərqli hissə gördük. İlk yarıda həyəcanlı idik. Oyuna daha çox köklənmişdilər, amma alınmadı. Yalnız fasilədən sonra irəliləyiş oldu. Nəticə ədalətli idi. Hər iki tərəf məğlub ola bilərdi. Görüləcək işlərimiz çoxdu. Hücumla bağlı problemləri aradan qaldırmağa çalışacağıq.
– Rəşad Abdullayevin durumu sizi qane edirmi?
– Onun təcrübəsi daha çoxdu. Rəşadın fiziki durumu, oyun praktikası yetərincə deyil. Amma onun meydançada edə biləcəyi bir iş çox şeyi dəyişə bilər. Bizə meydanda lider lazımdı. Fikrimcə, qarşıdakı oyunlarda bizə xeyri dəyəcək.
– Rəşadın gəlişindən sonra kapitan dəyişikliyi gözlənilirmi?
– Xeyr, Emin kapitan, Aqil isə vitse-kapitandı.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza