Bizi izləyin

Müsahibə

Jayro: “Azarkeşlər yaxşı nəticə qazanan “Neftçi”yə öyrəşiblər”

“Neftçi”nin müdafiəçisi Jayro “Q…

blank

“Neftçi”nin müdafiəçisi Jayro “Qarabağ”a 0:2 hesabı ilə uduzduqları matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Qarşılaşmada öz qapısına qol vuran braziliyalı söhbət zamanı komandanın hazırkı durumu barədə fikirlərini bölüşüb:

– Məğlubiyyətin səbəbini nədə görürsünüz?
– “Qarabağ”ın səviyyəsi hər kəsə bəllidir. Bu gün bütün komponentlərdə bizdən güclüydülər. Əlimizdən gələni etdik ki, onlara qarşı layiqli mübarizə aparaq. Meydanı xalla tərk etməyə çalışdıq, amma alınmadı. Azarkeşlərimizdən üzr istəyirəm. Onlar haqlıdır. Bizdən yaxşı nəticə tələb edirlər. Nəticə verə bilmirik deyə, onlara haqq qazandırıram. Öz adıma deyirəm ki, bütün gücümü meydanda qoydum.  

– Bu oyunun anti-qəhrəmanı oldunuz…
– Bu sizin şəxsi fikrinizdir. Hörmətlə yanaşıram. Hərənin fikri özünə qalsın.

– “Qarabağ”la ilk dövrədəki oyunda da öz qapınıza qol vurmuşdunuz…
– Bu suala nə cavab verim? Mən istərdim ki, öz qapımıza qol vuram?

– Komandada baş məşqçi dəyişikliyi olub, heyətdə dəyişikliklər edilib. Lakin vəziyyət yaxşıya doğru dəyişməkdənsə, əksinə olur. Səbəb nədir?
– Hər məğlubiyyətdən sonra üzərimizdə daha çox işləyirik, daha çox çalışırıq. Hər şey edirik ki, nəticə olsun. Klubun idarəçiliyində və məşqçi heyətində dəyişikliklər edilib ki, vəziyyət yaxşılığa doğru dəyişsin. İnanın ki, əlimizdən gələni edirik. Başa sala bilmirəm ki, nə baş verir. Niyə nəticə qazana bilmədiyimizi anlamaqda çətinlik çəkirəm.

– “Kəpəz”ə qalib gəldiyiniz oyundan sonra söyləmişdiniz ki,  “qara zolaq”dan çıxmaq üçün biz bu qələbəni gözləyirdik. Lakin yenə də uduzursunuz…
– Düzdür, elə demişəm. Amma yenə vurğulayıram ki, meydana məğlub olmaq üçün çıxan futbolçu yoxdur. Sadəcə, uğursuz nəticələrin səbəbini bilmirəm. 

– Azarkeşlər son oyunlara komandanı dəstəkləməyə yox, istefaya səsləməyə gəlirlər. Xüsusən də legionerlərin getməsini tələb edirlər. Nə vaxta qədər belə davam edəcək?
– Əlbəttə, azarkeşlər haqlıdır. Onlar yaxşı nəticə qazanan “Neftçi”yə öyrəşiblər. İndi isə komanda nəticə qazana bilmir. Amma deyim ki, hər məğlubiyyətdən sonra çox üzülürəm. Evə gedib yata bilməyəcəm. Heç kim deyə bilməz ki, Jayro həvəssiz oynayır.

– Katalin Tiranın azarkeşi vurmasına münasibətiniz necədir?
– Düz etmədi. İçəridə də izah etdim ki, yanlış hərəkət idi. Lakin azarkeşə də heç kim haqq vermir ki, meydana düşüb futbolçuya hücum çəksin. Onsuz da vəziyyət gərgindir. Məğlub oluruq, gərginlik yaranır. İstər-istəməz “partladı” onun üstünə.

AĞA

Reklam

Reklam


blank
Dünya futbolu2024-05-01 00:57

ÇL: “Bayern” və “Real”dan ilk oyunda məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 23:44

“Xırdalan” pley-offa qələbə ilə başladı

blank
Ölkə futbolu2024-04-30 22:31

Yüksək Liqada 20-ci turun təyinatları açıqlandı

blank
Ölkə futbolu2024-04-30 19:33

AFFA və UEFA-nın keçirdiyi turnirə yekun vuruldu

blank
Digər idman növləri2024-04-30 19:10

“Prezident Kuboku” reqatasının rəsmi paradı keçirilib

blank
Ölkə futbolu2024-04-30 18:51

“Füzuli”dən “Şahdağ Qusar”la məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 18:27

Şəhriyar Məmmədyarov reytinqdə gerilədi, Teymur Rəcəbov yüksəldi

blank
Dünya futbolu2024-04-30 18:00

İngiltərə çempionatında yeni rekord

blank
Digər idman növləri2024-04-30 17:38

Azərbaycan birinciliyi keçiriləcək

blank
Dünya futbolu2024-04-30 17:19

“Cenoa” norveçli futbolçunu birdəfəlik alır

blank
Digər idman növləri2024-04-30 17:00

Azərbaycanı Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək

blank
Digər idman növləri2024-04-30 16:40

Formula 1-in konsert proqramında Stinq və Eminem olacaq

blank
Digər idman növləri2024-04-30 16:22

Maykl Cordan basketbolçular tərəfindən də dahi sayıldı

blank
Digər idman növləri2024-04-30 16:05

MBA-nın iki oyunu Parisdə keçiriləcək

blank
Dünya futbolu2024-04-30 15:48

Danimarkalı futbolçu “Milan”ı tərk edir

blank
Ölkə futbolu2024-04-30 15:31

Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib

blank
Milli komanda2024-04-30 15:14

Millimiz Slovakiya yığması ilə yoldaşlıq oyunu keçirəcək

blank
Ölkə futbolu2024-04-30 15:00

Azarkeşlər hakimi döymək istədilər, AFFA cəzalandırdı

blank
I Liqa2024-04-30 14:45

“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza

blank
Digər idman növləri2024-04-30 14:32

Mayamidə “Mersedes” və Ferstappen arasında danışıqlar olacaq

blank
Digər idman növləri2024-04-30 14:17

81 boksçu Gəncədə yarışdı

blank
Dünya futbolu2024-04-30 14:02

Sançodan Bundesliqada yeni rekord

blank
Layihə2024-04-30 13:45

Bölgələrdə voleybolun inkişafı naminə: Gəncə nümunəsi

blank
Dünya futbolu2024-04-30 13:31

Super Liqa klubunda yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-30 13:17

Millimizin üzvündən qol ötürməsi

blank
Digər idman növləri2024-04-30 13:02

Türkiyəli baş məşqçiyə 35 min avroluq cərimə

blank
Ölkə futbolu2024-04-30 12:47

Qəbələdə son nöqtə, “Zirə” üçün “soyuq duş”

blank
Digər idman növləri2024-04-30 12:32

Basketbol Liqasında pley-off oyunları start götürür

blank
Digər idman növləri2024-04-30 12:18

Azərbaycanın şahmatçıları AÇ-də xüsusi mükafata layiq görülüb

blank
Digər idman növləri2024-04-30 12:01

Mingəçevir “Prezident Kuboku”na hazırdır

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm