Premyer-liqa
“Neftçi” – “Qarabağ” matçında saxlanılan azarkeş sərbəst buraxıldı
Ötən axşam “Neftçi” – “Qarabağ&…
Ötən axşam “Neftçi” – “Qarabağ” oyununun son dəqiqəsində xoşagəlməz olay yaşandı. Komandasının məğlubiyyətini (0:2) həzm etməyən “Neftçi” fanatlarından biri – Nurlan Əziz etirazını bildirmək məqsədilə meydançaya daxil oldu. “Ağ-qaralar”ın hücumçusu Katalin Tiraya etirazını bildirən azarkeş rumıniyalının yumruğuna tuş gəldi. Bundan sonra isə Nurlan polis tərəfindən saxlanılaraq Nizami Rayon Polis Bölməsinə aparıldı.
“Forza Neftçi” fanat qrupunun rəhbəri Sübhan Əliyevin futbolinfo.az saytına verdiyi məlumata görə, “ağ-qaralar”ın azarkeşləri ilə yanaşı, “Neftçi” rəsmiləri də polis bölməsinə baş çəkiblər. Söhbət “Neftçi”nin Müşahidə Şurasının mətbuat katibi Rüstəm Fətəliyev və azarkeşlərlə əlaqələndiricisi Kənan Hənifəyevdən gedir. Bir neçə saat ərzində bölmədə saxlanılan Nurlan Əziz saat 1:30 radələrində sərbəst buraxılıb.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq