Dünya futbolu
"Barselona"lılar kimi simulyasiya etsəydim, utandığımdan uşaqlarımın qarşısına çıxa bilməzdim"
İspaniya La Liqasının prezidenti Xavyer Tebas primeronun son turund…
İspaniya La Liqasının prezidenti Xavyer Tebas primeronun son turunda keçirilın "Valensiya" – "Barselona" (2:3) oyunundakı insidentə münasibət bildirib.
Qarşılaşmanın 90+4-cü dəqiqəsində Messinin penalti qolundan sonra yerli fanatlar "Barsa"lı futbolçulara plastik su qabı atılmışdı. Suares və Neymar başını tutaraq yerə yıxılmışdı.
Futbolinfo.az xəbər verir ki, Tebas bunları söyləyib: "Bu, boulinqə bənzəyirdi. Bunu təkcə biz deyil, milyonlarla uşaq da görürdü. Əgər mənim simulyasiya etdiyimi uşaqlarım görsəydi, utandığımdan onların qarşısına çıxa bilməzdim.
Bu, mənim xoşuma gəlmədi (Messinin azarkeşlər qarşısında qolu bayram etməsi). Bilmirəm orada Neymar və ya başqası idi, ancaq miloynlarla insan qarşısında belə şeylərdən qaçmalıyıq".
Qeyd edək ki, Xavyer Tebas "Real" azarkeşidi.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq