Premyer-liqa
AFFA Tiraya 5 oyunluq cəza verdi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 9-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Kəpəz” – “İnter” matçında “İnter”in 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
AZAL – “Zirə” matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Sumqayıt” – “Qəbələ” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 90+3-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Sadiq Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Neftçi” – “Qarabağ” matçında meydançaya azarkeş daxil olub və oyunda fasilə yaranmasına səbəb olub. “Neftçi” klubu oyunda təhlükəsizliyi tam təmin etmədiyinə görə klub 4000 manat cərimə olunub. Oyunun 90+2-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Katalin Tira dava-dalaşda iştirak etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb, klubu 2400 manat cərimə olunub.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar