Premyer-liqa
“Qarabağ” – “Neftçi” duellərində 5-ci dəfə
“Neftçi”nin futbolçusu Jayro 3 antirekorda i…
“Neftçi”nin futbolçusu Jayro 3 antirekorda imza atıb. Futbolinfo.az xəbər verir ki, buna səbəb onun Topaz Premyer Liqasının 9-cu turunun “Qarabağ”la ev oyununda avtoqol müəllifi olmasıdır.
Belə ki, bu, braziliyalı müdafiəçinin həm mövsümdə, həm də Premyer Liqa tarixində öz qapısına vurduğu 3-cü qol olub. O, 3-cü turun “Qarabağ”la avqustun 21-də keçirilən səfər (0:3) və 4-cü turun sentyabrın 10-da baş tutan “Qəbələ” ilə ev (0:8) görüşlərində də avtoqola üzülmüşdü.
Bununla da Jayro Azərbaycan çempionatları tarixində öz qapısına ən çox qol vuran futbolçulara məxsus antirekordu təkrarlayıb. Onadək Natiq Qasimov, Ayxan Abbasov və Saşa Yunisoğlu belə uğursuzluq yaşamışdısa, cənubi amerikalı 3 avtoqol müəllifi olan 4-cü oyunçu kimi tarixə düşüb. O, bu “dördlük”də yeganə legionerdir və əcnəbilər arasında mütləq antirekordçudur.
Jayro hər üç xətaya eyni mövsümdə yol verməklə, çempionat ərzində 3 dəfə qapısına qol vuran 2-ci futbolçu olub. Onadək yalnız Natiq Qasımov belə halla üzləşib. MOİK-in üzvü 2005/06 mövsümündə belə uğursuzluq yaşayıb.
Braziliyalı müdafiəçi həm də ölkə çempionatlarının daimi iştirakçısı olan iki klub – “Neftçi” və “Qarabağ” arasında oyunlarda 1-dən çox avtoqol edən ilk futbolçudur. Cari mövsümədək qeydə alınan hər üç belə hal Ağdam klubunun üzvlərinin passivində idisə, bakılıların hər iki avtoqolu cari çempionat və eyni oyunçunun adı ilə bağlı oldu. Bununla da iki komanda arasında matçlarda avtoqol sayı 5-ə çatıb.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq