Dünya futbolu
"Qəbələ"nin rəqibi "Mexelen"ə qalib gəldi
Futbol üzrə Belçika çempionatında 12-ci turun oyu…
Futbol üzrə Belçika çempionatında 12-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan "Anderlext" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Mexelen"lə qarşılaşıb. "Qəbələ"nin rəqibi bu görüşdən qələbə ilə ayrılıb – 2:0.
Qeyd edək ki, "Anderlext" 12 turdan sonra 24 xalla 16 klub arasında 2-ci pillədə qərarlaşıb.