Milli komanda
Millimiz Belfastda qələbə qazanmaqla rekorda imza ata bilər
Ötən ay evdə Norveç üzərində qələbə, səfərd?…
Ötən ay evdə Norveç üzərində qələbə, səfərdə Çexiya ilə bərabərlikdən sonra millimiz FİFA reytinqində 45 pillə irəliləmişdi. Futbolinfo.az xəbər verir ki, hazırda 88-ci yerdə qərarlaşan plkəmiz bu göstəricini daha da yaxşılaşdıra bilər.
Bunun üçün Robert Prosineçkinin yetirmələri noyabrda Şimali İrlandiya səfərindən ən azı 1 xalla qayıtmalıdı. Belfastda əldə ediləcək 1 xal yığmamızın əmsalının 404-dən 437-ə yüksəlməsinə səbəb olacaq. Belə olan halda, ölkəmiz təxminən 5-6 pillə irəliləmək şansı əldə edəcək. Qazanılacaq qələbə isə daha böyük uğur deməkdi. Belə ki, qazanılacaq qələbə Azərbaycanın 138 reytinq xalı qazanmasına səbəb olacaq. O zaman ölkəmiz reytinq cədvəlində 538 xala sahib olacaq ki, bu da təxminən, 65-ci pillədə yer almaqdı. Bu isə ölkəmiz üçün yeni rekord deməkdi. Çünki millimiz indiyə kimi ən yaxşı halda 73-cü pillədə yer alıb.
Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan matçı noyabrın 11-də keçiriləcək.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar