Ölkə futbolu
Rəşad Qasımov: “… Klubdan uzaqlaşmalı oldum”
“İnter”in prezidenti Rəşad Qasımovun gedişi olduqca g…
“İnter”in prezidenti Rəşad Qasımovun gedişi olduqca gözlənilməz baş verdi. Komanda ilk üçlükdə qərarlaşıb, tarixinin ən mehriban heyətinə sahibdi. Bəs, necə oldu ki, Qasımov borc içində boğulan komandanı xilas edib, ayağa qaldırıb, indi isə mübariz kollektiv yaratdıqdan sonra istefa verdi? Sual kifayət qədər çoxdu. Təəssüf ki, klub prezidenti futbolinfo.az saytına kiçik açıqlama verməklə kifayətləndi:
“Maliyyə menecmenti və insan resurslarının idarəediçiliyi baxımından böyük təcrübəm var. Yeni təsis edilmiş şirkətdə düzgün idarəçiliyə və maliyyə optimallaşdırılmasına ehtiyac yaranıb. Şirkətin fəaliyyətinin əsasən respublika hüdudlarından kənarda olduğuna görə, klubdan uzaqlaşmalı oldum. “İnter”ə gəlməyimin əsas məqsədi klubun maliyyə və infrastruktur problemlərinin aradan qaldırılması, sağlam və rəqabətli komandanın yenidən yaradılması, futbolun inkişafı və ən əsası, “İnter” klubunun layiqli yerinə qaytarılması idi. Nəticə göz qabağındadı.
Klubun bütün işçilərinə və idmancılarına uğurlar arzulayıram. Əsəs heyətin məşqçilərinə və futbolçularına isə çempionluq və ölkə kuboku uğrunda apardıqları mübarizədə uğur qazanmalarını arzu edirəm. Bu heyət böyük potensiala malikdi və yüksək yerlərə layiqdi. “İnter” klubu həmişə ürəyimin bir parçası olub və belə də qalacaq. Klubdakı fəaliyyətimdə dəstək göstərənlərə, Azərbaycan Beynəlxalq Bankının, AFFA və PFL rəhbərliyinə, media nümayəndələrinə, Xüsusi Olimpiya Komitəsinə və yanımda olan bütün insanlara dərin təşəkkürümü bildirirəm. Allah hamınızdan razı olsun”.
CEYHUN ƏLİYEV
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…