Dünya futbolu
Təbriz derbisində "Traktorsazi" qalib gəldi
Futbol üzrə İran çempionatında 10-cu turun oyunları ke…
Futbol üzrə İran çempionatında 10-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Təbrizi təmsil edən klublar da növbəti oyunlarına çıxıblar.
Cənubi Azərbaycan paytaxtının ən məşhur klubu – "Traktorsazi" səfərdə Təbrizin digər təmsilçisi "Göstəriş"lə qarşılaşıb. Təbriz derbisində "traktorçular" 2 cavabsız qolla qalib gəliblər.
Təbrizin daha bir klubu "Maşinsazi" isə məğlubiyyətləri sıralamağa davam edir. Bu komanda bu dəfə doğma meydanda "Paykan"a 1:4 hesabıyla uduzub.
10 turdan sonra "Traktorsazi" 16 klub arasında 20 xalla liderdir. "Göstəriş" 9 xalla 12-ci, "Maşinsazi" isə 6 xalla sonuncu pillədə qərarlaşıb.